Hər 100 manat kreditin 80 manatı Bakı və Abşeronun payına düşür

01 sentyabr, 2023 11:51

“Mərkəzi Bankın məlumatına görə, 31 iyul 2023-cü il tarixinə Azərbaycanda kredit portfelinin həcmi 21 milyard 372 milyon manat olub. Bu əvvəlki aya olan məbləğ ilə müqayisədə 76 milyon manat artım deməkdir”.

Bunu iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib.

“Bununla belə, rəsmi statistika göstərir ki, hələ də rayonlarda yaşayan vətəndaşlarımızın və eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanların kreditlərə çıxış imkanları məhdud olaraq qalmaqdadır”, - o əlavə edib.

İqtisadçı bildirib ki, ümumi kredit portfelinin 16 milyard 336 milyon manatı Bakıda qeydə alınıb: “Bu o deməkdir ki, ümumi kredit porteflinin 76 faizindn çoxu paytaxtın payına düşüb. 805 milyon manat isə Abşeron-Xızı iqtisadi rayonunda təklif olunub. Bu isə o deməkdir ki, bankların verdiyi hər 100 manat kreditin 80 manatından çox Bakı və Abşeronun payına düşür. Bu eyni zamanda ondan xəbər verir ki, regionların kreditlərə çıxış imkanları məhdud olaraq qalmaqdadır”.

V.Bayramovun sözlərinə görə, bir sıra iqtisadi rayonlar üzrə kredit qoyluşları hələ də kiçikdir.

“Məsələn, böyük potensialı olan Dağlıq Şirvanda 151, Mil-Muğan iqtisadi rayonunda isə 229 milyon manat krediti qoyluşu qeydə alınıb”, - o, əlavə edib.

Deputat xatırladır ki, özəl banklar kreditləşmədə müstəqil qərar verirlər və bu zaman risk amili daxil olmaqla fərqli faktorları nəzərə alırlar.

“Digər tərəfdən də, inzibati yollar ilə bankları kreditləşməyə istiqamətləndirmək də düzgün olmazdı. Bununla belə, bir sıra inkişaf etmiş ölkələrin praktikasında olduğu kimi bankları regionlarda biznesin maliyyələşdirilməsinə stimullaşdırılması və təşviq edilməsi çox vacbdir. Bu bölgələrimiz daha çox maliyyə resursları əldə etməsinə və inkişafına təkan verə bilər”, - ekspert qeyd edib.

Səbəblərə gəlincə, iqtisadçının sözlərinə görə, təhlillər göstərir ki, bankların regionlara daha az kredit ayırmasının əsas səbəblərindən biri də rayonlarda yaşayan sahibkarlar üçün girov mexanizmi şərtlərinin ağır olmasıdır: “Belə ki, banklar əksər hallarda kredit ayıran zaman paytaxtda girov tələb edilər ki, əksər yerli sahibkarların bu imkanları olmur. O baxımdan, girov mexanizmi təkmilləşdirilməli və regionlarda fəaliyyət göstərən sahibkarlar üçün güzəştli kreditləri həcmi artırılmalıdır. İnkluziv və balanslı iqtisadi inkişafın güclənməsi üçün regionlarda fəaliyyət göstərən sahibkarların ucuz kreditlərə çıxış imkanlarının artırılması vacib şərtlərdəndir”(azpolitika.info). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR