Heç kim, o cümlədən Ermənistan Arutunyanı əvəz edəcək şəxsi tanımaya bilər - Erməni politoloq

02 sentyabr, 2023 11:59

"Rusiya inteqrasiyanı başlatmağı, lakin başa çatdırmamağı təklif edir”

Qarabağdakı qondarma qurumun başçısı Araik Arutunyanın “prezident postu”ndan istefa verməsindən sonra separatçılar arasında və onların Ermənistanla münasibətlərində ziddiyyətlər daha da çoxalıb. Artıq Ermıənistandakı nisbətən sağlam qüvvələr bu gedişatın Qarabağdakı separatçı rejimin sonunu yaxınlaşdırdığını aydın görürlər.

“Araik Arutunyan gözəl başa düşür ki, “artsax”ı yaxın gələcəkdə nə gözləyir. Ona görə də istefa verdi”.

"Azsiyaset" azpolitika.info-a istinadla xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan yerli mətbuata açıqlamasında deyib.

Erməni politoloq Arutunyan başda olmaqla, separatçıların liderlərinə sərt ittihamlar ünvanlayıb və onların şəxsi maraqları naminə hər şeyə getməyə hazır olduqlarını bildirib: “Əgər o, öz maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün vaxtı uzada bilsəydi, vəzifəsində qalardı. Ancaq o, bilir ki, yaxın zamanda nə baş verə bilər”.

Kiviryan hesab edir ki, Arutunyanın istefasından sonra separatçı qurumun rəhbərliyinin legitimlik problemi yaranıb: “Əgər o, məsuliyyətli adam olsaydı, bu addıma getməzdi. Ondan ötrü ki, legitimlik problemi yaranmasın. O, “dövlət naziri” yerinə real idarəçi təyin edə, özü isə nominal “prezident” olaraq qala bilərdi. Bu, həmin institutu saxlamağa kömək edərdi. İndi isə bu qərarın yeni problemlər yaratmayacağına təminat yoxdur. Arutunyan sonuncu “seçilmiş prezident” ola, yeni xadim (“dövlət naziri”) isə heç kim tərəfindən, o cümlədən də Ermənistan tərəfindən tanınmaya bilər”.

Arqişti Kiviryan

 

Politoloq xatırladıb ki, Arutunyanı “hakimiyyətə” əvvəlki “prezidentlər” gətirib: “Arutunyanı “hakimiyyətə” kim gətirib? “Artsax”ın keçmiş “prezidentləri”. Arutunyan kimi, yeni şəxs də böyük ehtimalla onların “məhsulu”dur. O, “hakimiyyəti” Bako Saakyanın arxasında durana təhvil verdi. Bu, o deməkdir ki, bu adamları “artsax”-ın taleyi maraqlandırmır, öz “hakimiyyəti” və mənfəəti maraqlandırır”.

Erməni politoloq Azərbaycanla danışıqlara gedərək, razılaşmalar əldə etməyə çağıran Samvel Babayanın mövqeyini müdafiə edərək, onun təkliflərinin dəstəklənməməsinin böyük səhv olduğunu qeyd edib: “Bu təkliflər rədd edildi, çünki onları məhz Samvel Babayan irəli sürmüşdü. “Artsax”dakı insanları yalnız şəxsi məsələləri düşündürür və ümumi maraqlar nəzərə alınmadan çalışılır ki, Babayanın təklifləri qəbul olunmasın. Eyni zamanda, tərəzinin digər gözündə heç bir təklif yoxdur”.

Kiviryan hesab edir ki, Arutunyan “vəzifəsində” qalmalı, Babayan isə “dövlət naziri” təyin edilməli idi: “Babayan təsadüfi adam deyil. O, 100 gün vaxt istəmişdi. Ondan sonra neçə 100 gün keçib? Ona bu imkanı vermədilər, çünki onları “artsax”-ın taleyi maraqlandırmır”.

Politoloq deyib ki, Paşinyanın adamı hesab olunan Babayan Azərbaycanla inteqrasiyaya başlamağın tərəfdarı olsa da, bu, hələ həmin prosesin başa çatdırılacağı anlamını daşımır: “Arutunyan eyham vurdu ki, Azərbaycanın tələbilə istefa verib. Hətta onun dediyi kimidirsə də belə, bunu nümayişkaranə şəkildə qəbul etmək olmazdı. Qarabağda kövrək sülhün yeganə təminatçısı olan Rusiya inteqrasiyanı başlatmağı, lakin başa çatdırmamağı təklif edir. Babayan məgər bu məntiqdən kənar nəsə deyir? İndiki vəziyətdə isə hər şeyi o vəziyyətə çatdıracaqlar ki, “artsax” olduqca ağır durumda qalacaq”.

Beləliklə, separatçıların ətrafında halqa daraldıqca, “çapalamalar” artır və bu aqoniyanın qondarma separatçı qurumun məhvi ilə yekunlaşması prosesi sürətlənir. Erməni politoloqun işlətdiyi “Rusiya inteqrasiyanı başlatmağı, lakin başa çatdırmamağı təklif edir” fikri isə olduqca maraqlıdır və bu, bir daha Rusiyanın vaxt qazanmaq, regionda qalmaq üçün necə riyakar və çirkin oyunlar apardığını isbat edir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR