Ermənistan Arazdəyəndə zavod tikəcək?
04 sentyabr, 2023 17:11
“Arazdəyəndə (ermənilər Yerasx deyir - red.) tikilən metallurgiya zavodunun təhvil verilməsi barədə məlumatım yoxdur”.
Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Məndə belə bir məlumat yoxdur və sonrakı hadisələrlə bağlı daha ətraflı məlumat verə bilmərəm. İnvestorun Ermənistanda rahat iqtisadi fəaliyyət göstərməsi üçün bütün səlahiyyətli orqanlar işləyir”, - deyə Qriqoryan bu sözləri deməklə kifayətlənib.
Xatırladaq ki, Azərbaycan tərəfi Arazdəyəndə tikilməkdə olan metallurgiya zavodunun bölgədə ekoloji fəlakətə səbəb olacağı barədə dəfələrlə xəbərdarlıq edib.
Müəssisənin sahibləri Amerikanın “Virtual Funding” və “CESI Global Investments” şirkətləridir.