Ermənistanın var-dövləti başından aşacaq - Türkiyə və Azərbaycanla...

05 sentyabr, 2023 12:36

Ermənistanın xarici ticarətində Ermənistan-Türkiyə ticarətinin payı 1%-dir. İrəvanla Ankara arasında birbaşa ticarətə başlanacağı təqdirdə bu rəqəm 10% və ya daha çox arta bilər.

"SputnikArmenia" xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirliyin bu məsələ ilə bağlı öz təhlilləri yoxdur və məlumatlar orta hesabla götürülüb. Bir sıra beynəlxalq qurumların proqnozlarına istinad edilib.

Belə ki, Dünya Bankı Ermənistandan Türkiyəyə ixrac potensialının ölkənin ÜDM-nin 15-19%-ni təşkil etdiyini bildirir. Almaniyanın “German Economic Team” konsaltinq şirkətinin fikrincə isə İrəvanla Ankara arasında birbaşa ticarətin açılması Ermənistandan Türkiyəyə ixracın payının 6,7%-ə qədər artması və Türkiyədən idxalın 12,8%-ə artması ilə nəticələnə bilər.

Eyni zamanda, Asiya İnkişaf Bankı (AİB) hətta Azərbaycan və Türkiyə ilə sərhədin açılacağı təqdirdə Ermənistanın xarici ticarət kəsirinin 30-50% azalacağını proqnozlaşdırır. “Dənizə çıxışı olmayan istənilən respublika üçün qonşu ölkələr təkcə ticarət bazarı deyil, həm də üçüncü ölkələrə tranzit yollarıdır”, - məlumatda deyilir.

Nazirlik vurğulayıb ki, iki qonşu ölkə (Azərbaycan və Türkiyə) ilə sərhədin bağlanması Ermənistanın xarici ticarət imkanlarını azaldır, yükdaşımaları üçün alternativ marşrutları məhdudlaşdırır. Bu da ölkənin yükdaşıma bazarında rəqabət qabiliyyətinə mənfi təsir göstərir.

Hazırda Ermənistan Logistika Effektivliyi İndeksində 186 ölkə arasında 96-cı yerdədir. Dünya İnkişaf Bankı hesab edir ki, Ermənistan və Türkiyə arasında yoldan istifadə maliyyə faydalarından əlavə, yükdaşıma və xidmətlərin əlçatanlığının artmasına səbəb olacaq. Bunun təkcə Ermənistan üçün deyil, region ölkələri üçün də faydalı olacağı qeyd edilir.

İqtisadiyyat Nazirliyi Türkiyədən keçən quru marşrutunun Ermənistanın Gürcüstan ərazisindən yükdaşımalarının həcminin azalmasına səbəb ola biləcəyini istisna etmir. "Bu, yeni marşrutun daha az xərc çəkdiyi və daşıyıcılara, xüsusən də üçüncü ölkələrlə ticarətə daha sərfəli olacağı təqdirdə baş verə bilər", - nazirlik bildirib.

Hazırda Türkiyənin Ermənistana ixracında əsas payı, yəni 99,9%-i quru yolun (Gürcüstan ərazisindən keçməklə) üzərinə düşür və yalnız 0,01%-i hava yolu ilə çatdırılır. 2022-ci ilin sonunda Türkiyə Ermənistana hava yolu ilə 3,1 ton, Gürcüstan vasitəsilə isə yük maşınları ilə 24 903,8 ton yük idxal edib.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR