ABŞ Dövlət Departamenti - Blinken və Əliyev Qarabağda vəziyyəti müzakirə ediblər
06 sentyabr, 2023 17:40
Ötən həftə ABŞ dövlət katibi Entoni Blinken "Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsilə bağlı ABŞ-ın narahatlığını ifadə etmək üçün" Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb, çərşənbə günü Dövlət Departamentinin məlumatında deyilir.
Sentyabrın 1-də telefon danışığı zamanı Blinken "Azərbaycandan əlavə marşrutların vacibliyini etiraf edərək Laçın dəhlizini humanitar, kommersiya və sərnişin daşımaları üçün yenidən açmaq çağırışımızı təkrarlayıb",- Dövlət Departamentinin mətbuat katibi Metyü Miller deyib.
Blinken “dialoq və kompromisin, həmçinin tərəflər arasında inamın möhkəmləndirilməsinin vacibliyini” vurğulayıb. "O, ABŞ-ın sülh prosesinə dəstəyini davam etdirəcəyini vəd edib”, - Miller deyib.