Azərbaycanın həll edəcəyi yalnız bir məsələ qalıb

07 sentyabr, 2023 12:26

“Ermənistanın və onun lobbilərinin ABŞ Konqresində Qarabağda “humanitar böhran”la bağlı qaldırdığı həngamə iflasa uğrayır. Dövlət Departamenti bu gün (dünən - red.) ABŞ Konqresində keçirilən dinləmələrə nümayişkaranə şəkildə məhəl qoymayıb”.

"Azsiyasət" azpolitika.info-ya istinadla xəbər verir ki, bunu ABŞ-da yaşayan tanınmış azərbaycanlı təhlilçi Ramiz Yunus bildirib.

“Onların əsas məqəsdi Azərbaycan və Ermənistan arasında çətinliklə irəliləyən danışıqlar prosesini pozmaqdır. Hansı ki, bu dialoqu ABŞ Dövlət katibi şəxsən başladıb və himayə edir. Biz ABŞ-ın mövqeyini 16 avqustda onun sədrliyi keçirilmiş BMT Təhlükəsizlik Şurasının iclasında da gördük”, - təhlilçi əlavə edib.

R.Yunus təəssüflə bildirir ki, həm Ermənistan, həm də onun ABŞ və Avropadakı lobbiçiləri İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında münaqişədə status-kvonun tamamilə dəyişdiyini qəbul etmək istəmirlər: “Hansı ki, bu müddət ərzində rəsmi Bakının mövqeyi daha da güclənib, beynəlxalq müstəvidə Qarabağı həmişə Azərbaycanın bir hissəsi kimi tanıyan beynəlxalq hüquqa belə güclü arqumentlər əlavə olunub: müharibədə qələbə, NATO standartlarına uyğun güclü Azərbaycan ordusunun mövcud olması, Türkiyə, Pakistan və İsrail kimi etibarlı müttəfiqlər və Rusiyanın Ukraynaya təcavüzü ilə dəyişən siyasi iqlim”.

Analitik hesab edir ki, Azərbaycana bu cür üsullarla təzyiq etmək yersizdir və ermənilərin özləri, ABŞ və Avropadakı lobbiləri də bunu nə qədər tez dərk edərsə, Vaşinqton və Brüsselin maraqlı olduğu Cənubi Qafqaz regionunda sülh bir o qədər tez yaranar: “Qarabağda uzun illərin separatizm mövzusu yavaş-yavaş, amma dəqiqliklə finişə yaxınlaşır. Azərbaycanın həll edəcəyi yalnız bir məsələ qalıb - Qarabağ ərazisindəki erməni qanunsuz silahlı dəstələrini zərərsizləşdirmək. Onlar ya Qarabağı sakitcə tərk edəcəklər, ya da çox tezliklə beynəlxalq hüquqa və BMT-nin 4 qətnaməsinə əsasən Azərbaycan onlara qarşı antiterror əməliyyatına başlayacaq. Aristotel demişkən: "Tertium non datur", yəni üçüncüsü verilmir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR