"ABŞ Ermənistanı növbəti müharibəyə hazırlayır" - Endryu Korybko

11 sentyabr, 2023 10:46

“Paşinyan təhlükəli qumar oynayır. Rusiya isə İrəvanın Kremlə qarşı təxribatlarına baxmayaraq, ya Ermənistanı müdafiə edəcək, ya da qonşularını hərbi əməliyyatlardan çəkindirəcək. Lakin düşünürəm ki, Ermənistan Azərbaycanla döyüş meydanında yalnız qala bilər”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində amerikalı politoloq Endryu Korybko deyib.

Ermənistanın Rusiyadan üz döndərdiyinə diqqət çəkən analitik, bölgədə və dünyada getdikcə təklənən İrəvanın daha ağır iqtisadi, siyasi və hərbi məğlubiyyətə düçar olacağını deyib.

Endryu Korybko ilə müsahibəni təqdim edirik:

- Cənab Korybko, istərdim Rusiya-Ermənistan münasibətlərindəki gərginliyi şərh edək. Mənzərə çox açıqdır. Ermənistan Moskvadan imtina edir. Bu isə Kremlin heç də arzu etdiyi ssenari deyil. İrəvanla Moskva arasında tam olaraq nə baş verir?

- Baş nazir Paşinyanın ötən həftənin sonunda ölkəsinin KTMT üzrə qarşılıqlı müdafiə müttəfiqini tənqid etdiyi müsahibəsindən sonra Rusiya-Ermənistan əlaqələri sürətlə pisləşir. Bundan sonra Ermənistan qəfildən KTMT-dəki nümayəndəsini geri çağırdı. Rusiya İrəvanın Roma Əsasnaməsini ratifikasiya etməyi niyə planlaşdırdığını soruşdu. Əvəzində Ermənistan gözlənilmədən sentyabrın 11-20-də ABŞ-la birgə təlimlər keçirəcəyini elan etdi.

Bu son üç təxribatın arxasında dayanan əsas səbəblərdən birincisi budur ki, Ermənistan Azərbaycana qarşı Rusiyanı yanında görmədiyi üçün Moskvaya bağlılıqdan imtina edir. Həmçinin Ermənistan NATO-ya keçməyə hazırlaşdığına eyham vurmaqla anti-Rusiya siyasəti yürütdüyünü təsdiq etmiş olur. 

Lakin Ermənistanın son addımları həm də özünün obyektiv milli maraqlarına ziddir. Çünki bu ölkə Qarabağın qeyri-qanuni işğalını davam etdirməyə yönəlmiş işğalçı müharibədən imtina etdiyinə görə Kremlə qəzəbləndiyi qədər, Moskva hələ də Ermənistan dövlətinin mövcudluğuna zəmanət vermək öhdəliyinə sadiqdir. Təhlükəsizliyini təmin edən ölkədən imtina etmək niyyəti ilə bağlı mesajlar verilməsi ciddi reaksiyadır və bu, əks təsir riski daşıyır.

- Mən tarix boyu Ermənistanın Rusiyaya bu qədər düşmən olduğunu xatırlamıram. Bundan sonra Moskvanın addımları nə olacaq?

- Ermənistan parlamentində müzakirə edilən: “Putin İrəvana gələrsə həbs ediləcək” kimi qanunun qəbul edilməsi fonunda Moskvanın İrəvanla hərbi və iqtisadi ittifaqlarına sadiq qalacağını təsəvvür etmək çətindir. Deyə bilərəm ki, Paşinyanın bu kimi lüzumsuz addımları əks effekt yaradacaq. Belə addım ataraq Rusiyaya vacib olduğunu sübut etdirmək istəkləri əks effekt verəcək. Bununla Azərbaycanı Rusiyanın yanında göstərmək istəyirlərsə, yanılırlar. Amerika faktiki olaraq "parçala və idarə et" məqsədilə Ermənistanı növbəti Qarabağ münaqişəsi törətməyə hazırlayır.

- Ermənistanın idarəetməsi uzun illər xarici aktorlardan asılı olub. Yəqin ki, bunu təsdiqləyərsiz. Söhbət Qərbdə yaşayan milyarder ermənilərdən gedir. Rusiyaya qarşı münasibətdə erməni diasporunun izləri ola bilər?

- Bəli, bu ehtimal Paşinyanın Fransa və ABŞ-da yerləşən radikal qərbyönlü ultra-millətçi diasporun təzyiqinə təslim olmasından sonra Ermənistanın sürətlə birtərəfli qaydada hərəkətə keçməsinin əsl səbəbini izah edir. Müşahidəçilər unutmamalıdırlar ki, Paşinyan xarici “QHT”lərin yetişdirdiyi anti-Rusiya meyilli milyarderlərin köməyi ilə hakimiyyətə gəlib. Hazırda da Paşinyan 2020-ci ilin noyabrında qəbul etdiyi, Rusiyanın vasitəçiliyi ilə götürdüyü eyni öhdəlikləri yerinə yetirməkdən imtina edərək, növbəti münaqişəni qızışdırmağa çalışır.

- Əslində məqsəd erməni xalqının rifahı deyil. Əhali üzərindən daha qlobal oynamağa çalışırlar. Bunu belə başa düşməliyik?

- Üstüörtülü fəaliyyət göstərən Fransa və ABŞ diaspor rəhbərləri bu ssenarinin Rusiyaya misilsiz strateji zərər vura biləcəyini gözləyirlər. Bir çoxları hesab edə bilər ki, Rusiya Azərbaycanın Ermənistan ərazisinə irimiqyaslı müdaxiləsini dayandırmasa, bu, ciddi müharibəyə səbəb ola bilər. Deyərdim ki, Paşinyan təhlükəli şəkildə qumar oynayır. Düşünürlər ki, Rusiya Ermənistanın Moskvaya qarşı bütün təxribatlarına baxmayaraq onu müdafiə edəcək. Lakin İrəvanın başqa bir proksi müharibə aparmaq üçün silahı, coğrafi çıxışı və ya siyasi iradəsi yoxdur. 

- Azərbaycanın gücünü yaxşı bilən Ermənistan Gürcüstan kartını oynayır. Söhbət Qərbə meyildən gedir. Bəs Qərbə Ermənistan lazımdırmı?

- Azərbaycan ötən ilin sentyabrında Ermənistana qarşı öz xüsusi hərbi əməliyyatını həyata keçirərkən Rusiya kənarda qaldı. O zaman da Qərb analitikləri bildirdilər ki, eyni proseslər yenə də təkrarlanacaq və Rusiya bu dəfə də baş verənləri kənardan izləyəcək. 

Deyərdim ki, NATO-nun ehtiyatları Ukraynanı təmin etməklə tükənib. Lakin Ermənistan Qafqazdakı növbəti Gürcüstan olmaq istəyirlər. Gürcüstanın alyansın Ermənistana tranzitinə icazə verəcəyini birmənalı qarşılamaq olmaz. Qərb ictimaiyyəti isə son aylarda yorulub. Bunu nəzərə alsaq, əgər Paşinyan növbəti Qarabağ münaqişəsinə səbəb olarsa, digər tərəfdən nə Rusiya, nə də NATO Azərbaycanı dayandırmaq üçün müdaxilə etməzsə, o zaman Ermənistan Cənubi Qafqazda sülhün təmin olunması üçün demilitarizasiya riski ilə üzləşəcək. Bu ssenari Ermənistanın qeyd-şərtsiz təslim olmasını, həm də qonşularının onun ərazisində ticarət etmək hüququnu da təsbit edən pasifist konstitusiyanın tətbiqi ilə nəticələnə bilər.

- Bu dəfə baş verə biləcək müharibə Ermənistanın bundan sonrakı taleyini müəyyənləşdirəcək?

- Bəli, baş verə biləcək ölüm və dağıntı Ermənistanın obyektiv milli maraqlarına uyğun gəlmir, lakin Paşinyan 2020-ci ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə razılaşdığı eyni öhdəliklərə əməl etsə, bundan hələ də qaçmaq olar. 

Onun etməli olduğu tək şey budur: Qoşunlarını Qarabağdan çıxarsın və ölkəsinin ərazisindən keçən regional nəqliyyat əlaqələrini açsın. Belə olan halda Ermənistan hələ də öz silahlı qüvvələrini saxlayacaq, eyni zamanda sülhün və inkişafın bəhrələrindən istifadə edəcək. Lakin Paşinyan radikal qərbyönlü və ultra-millətçi diasporun tövsiyələrinə əməl edəcəksə, ssenari onlar üçün daha təhlükəli olacaq. 

Fransa və ABŞ-ın “təsir agentləri” Rusiyaya misilsiz strateji zərər vura biləcək növbəti münaqişəni qızışdırmaq istəyirlər. Lakin Ermənistana misilsiz strateji zərər vurmaqla əks nəticənin meydana çıxması riski var.

- Cənab Korybko, təşəkkür edirəm.

- Sağ olun.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR