Dünya ictimaiyyəti Qarabağ separatçılarının keçirdiyi "seçkiləri" tanımır

11 sentyabr, 2023 13:31

Böyük Britaniya, Pakistan, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), Avropa Şurası Azərbaycanın Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsində keçirilən "seçkiləri" tanımadığını bildirib.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld X (keçmiş twitter) sosial şəbəkəsində bildirib ki, Britaniya Azərbaycanın Qarabağ bölgəsində keçirilən "qondarma seçkiləri" tanımır.

"Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma "prezident seçkilərini" tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", deyə səfir qeyd edib.

Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Pakistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır.

"Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır", deyə nazirliyin mətbuat katibi Azərbaycan ərazisində keçirilən qondarma "seçkilərlə" bağlı sualı cavablandırarkən bildirib.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki ermənilərin keçirdiyi qondarma "seçkiləri" tanımadığını bəyan edib və dünya ictimaiyyətini Ermənistanın "destruktiv addımlar atmasının" qarşısını almaq üçün effektiv tədbirlər görməyə çağırıb.

Gürcüstan Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirir və Qarabağda 9 sentyabr 2023-cü ildə keçirilmiş qondarma prezident seçkilərini tanımır", deyə bəyanatda qeyd olunub.

Bundan öncə Türkiyə, Ukrayna, Moldova və Avropa İttifaqı Azərbaycanın Qarabağ bölgəsinin ermənilər yaşayan hissəsində keçirlən "prezident seçkilərini" tanımadığını bəyan edib.

Öz növbəsində Avropa İttifaqı, Türkiyə və bir neçə digər ölkə bəyanat yayaraq Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icmasının keçirdiyi "prezident seçkilərini" tanımadıqlarını bildiriblər.

Avropa İttifaqının xarici məsələlər üzrə sözçüsü Nabila Massrali qeyd edib ki, "sentyabrın 9-u Xankəndində/Stepanakertdə keçirilən sözdə seçkiləri nəzərə alaraq, Avropa İttifaqı seçkilərin keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımadığını bir daha bəyan edir".

Aİ həmçinin Qarabağ ermənilərinin rəsmi Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir olan və buna hazır olan liderlik ətrafında birləşməsinin vacib olduğunu və bu prosesi dəstəkləməyə sadiq olduğunu bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir dövrdə keçirilən "seçkini" pislədiyini və bunun sülh prosesinə zərbə vurduğunu bildirib.

"Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən seçkilər regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır", deyə bəyanatda qeyd edilir.

Türkiyə BMT və beynəlxalq ictimaiyyəti "qeyri-legitim seçkini" tanımamağa çağırıb, habelə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəklədiyini, tezliklə davamlı sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə böyük töhfə verəcəyinə inandığını vurğulayıb.

Ukrayna Xarici İşlər Nazirliyi də sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkilərini" pisləyib.

"Qondarma "prezident seçkilərinin" keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və seçkinin nəticələri etibarsızdır. Ukrayna bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və Qarabağ münaqişəsinin siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğunu bildirir", deyə bəyanatda vurğulanıb.

Sentyabrın 9-u Moldova Xarici İşlər və Avropya İnteqrasiya Nazirliyi də oxşar bəyanat yayaraq, Qarabağ bölgəsində keçirilən "prezident seçkilərini" tanımadığını, Moldovanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqlədiyini qeyd edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR