"Sülh sazişinin imzalanması üçün müharibə olmalıdır" - XİN-in sabiq rəhbəri

12 sentyabr, 2023 15:29

Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərə başlaması erməniləri qorxuya salıb. Baxmayaraq ki, bəzi mətbuat orqanları yazır ki, erməni revanşistlər müharibə istəyir. Bu tamamilə yanlış fikirdir. Beynəlxalq təhlillər göstərir ki, 44 günlük müharibədə erməni ordusu darmadağın olub. Və Ermənistanın indiki iqtisadi durumu da imkan vermir ki, ordunu yenidən qursun. Ona görə Paşinyan ən çox qorxduğu şey müharibədir. 

İndi də müharibə olmasın deyə, Paşinyan düşüb qapı-qapı gəzir. Aparıcı dövlətlərin liderlərini Azərbaycana minnətçi salmaq istəyir ki, müharibə olmasın. Paşinyan bilir ki, növbəti müharibə təkcə onun siyasi karyerasının yox, bütövlükdə Ermənistanın sonu ola bilər”.

Bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Paşinyanın son təşəbbüslərini Bizim.Media-ya şərh edərkən deyib. 

O əlavə edib ki, hərbi toqquşmalar Ermənistanı sülhə məcbur edəcək: 

“Mən dəfələrlə demişəm ki, sülh sazişinin imzalanması üçün hansısa hərbi toqquşma olmalıdır. Mühraibə və yaxud qısa müddətli toqquşma Paşinyanı sülh sazişini imzalamağa məcbur edəcək. İndiki vaxtda Ermənistan hakimiyyəti ikili oyun oynayır. Nə sülh istəyir, nə müharibə. 

Daxili və xarici güclərin təzyiqi ilə Paşinyan höküməti tez-tez anti-Azərbaycan bəyanatları verir. Lakin sonradan verdiyi bəyanatların arxasında dayana bilməyib geri çəkilir. İndi o dil tökür ki, mən yeni görüşlərə və danışıqlara hazıram. Bunun üçün də digər ölkələrin liderlərinə davamlı xahişlər edir”. 

Elmar Məmmədyarov antiterror əməliyyatının keçirilməsini vacib sayır:

“Hazırda Azərbaycan ordusu Ermənistanla şərti sərhəd zonasına tam nəzarət edir. Lakin, Qarabağda mənzərə bir qədər fərqlidir. Oradakı separatçılar təkcə insanlarımıza deyil, dövlətimizə də ciddi təhlükə yaradırlar.

Nəzərə alaq ki, Sərsəng su anbarından Qırmızı Bazara qədər bir çox strateji obyektlər hazırda erməni separatçıların nəzarətindədir. Ona görə də bu ərazidə antiterror əməliyyatı zəruridir, vacibdir. 

Paşinyanın ehtiyat elədiyi variantlardan biri də budur ki, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirtsin və bütün erməni ünsürləri süpürüb bir dəfəlik atsın. Bu da Paşinyan üçün yaxşı heç nə vəd etmir. Ona görə də Paşinyan əl-ayağa düşüb. Gah Fransa, gah Almaniya, gah da Türkiyə Prezidentinə zəng edərək onlardan xahiş edir ki, rəsmi Bakını müharibədən və yaxud antiterror əməliyyatından çəkindirsinlər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR