Rus pulunu ölkədən çıxartmaq çətinləşir...

13 sentyabr, 2023 13:46

İqtisadçı deyir ki, Azərbaycana köçürülən vəsaitlərdə problem olacaq, daşınmaz əmlak bazarı isə...

Rusiyadan rublun çıxarılmasına limit tətbiq edilməsi təklif edilib. VTB-nin rəhbəri Andrey Kostin ruslar üçün ölkədən kənara təkcə xarici valyutanı ilə deyil, həm də rubl köçürmələrinin məhdudlaşdırılmasını təklif edib. Onun sözlərinə görə, rublun məzənnəsini dəstəkləmək üçün xaricə pul çıxarmaq boşluqlarını bağlamaq lazımdır.

“Sadəcə, başa düşmək lazımdır ki, biz sülh dövründə yaşamırıq. Tutaq ki, siz xaricə pul köçürmək qərarına gəldiniz: limit xarici valyuta ilə ayda 1 milyon dollardır, lakin siz istədiyiniz qədər rublla köçürmə edə bilərsiniz. Məsələn, Ermənistana 1 milyard rubl köçürülür və o, dərhal dollar müqabilində geri qayıdır. Bu fürsəti bağlamaq lazımdır”, - Kostin bildirib.

Bundan əlavə, o vurğulayıb ki, Rusiya hökuməti daha sərt valyuta nəzarəti tətbiq etməyi təklif edir. Kostin onu da qeyd edib ki, həddi xarici valyutada olduğu kimi, 100 milyon rubl müəyyən etmək olar.

VTB rəhbəri əlavə edib ki, Mərkəzi Bank digər variantlarla yanaşı, rublun çıxarılmasına limit tətbiq etmək təklifini nəzərdən keçirir:

“Mənə elə gəlir ki, bu, rublla bağlı vəziyyətin inkişafından asılı olacaq”.

Martın sonunda Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xarici banklara vəsait köçürməsinə qoyulan məhdudiyyətləri 2023-cü il sentyabrın 30-dək uzadıb. Məhdudiyyətlər nəzərdə tutur ki, Rusiya vətəndaşları və dost ölkələrdən rezident fiziki şəxslər hələ də bir ay ərzində istənilən xarici bank hesabına 1 milyon dollardan çox olmayan və ya başqa xarici valyuta ekvivalentində pul köçürə bilərlər. Rusiyada işləyənlərin Azərbaycana göndərdikləri məbləğlər bu qədər olmasa da,  onlara da limit tətbiqi gələ bilərmi? İki ölkə arasında sahibkarlara hansı təsirləri ola bilər...

Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a dedi ki, Rusiyada istənilən valyutada məhdudiyyətlərin tətbiqi qaçılmazdır:

“İndi ancaq avro, funt, dollar və sairə bu kimi Qərb valyutalarında müəyyən məhdudiyyətlər var. Amma yuanla, rupi ilə, hətta rublla da xaricdən pul köçürmələrdə müəyyən məhdudiyyətlər olacaq. Çünki Rusiya iqtisadiyyatı bunu diktə edir. Rusiya iqtisadiyyatında dalğalanmalar yenidən başlayıb. Yenidən sanksiyaların təsiri getdikcə artır. Son məlumatlara görə, Azərbaycana da köçürülən vəsaitlər iki dəfədən çox eyni müvafiq dövrdə, yəni bu ilin ilk yarısında iki dəfədən çox azalıb. Bu onu göstərir ki, Azərbaycana köçürülən vəsaitlərdə problem yaranacaq, azalmalar olacaq. Bu, tək məhdudiyyətlərlə bağlı deyil. Bu həm də onunla bağlıdır ki, rubl dəyərdən düşüb, az qala 1 dollar 100 rubl civarındadır. Azərbaycanlılar orada rublla pul qazanırlar. Onlar rublu yenidən valyutaya çevirib öz ailəsinə göndərməkdə problem yaşayırlar. Çünki gəlirləri azalır, xərcləri artır. Rusiyada da güclü inflyasiya var, qiymət artımı müşahidə olunur. Ona görə də Azərbaycan iqtisadiyyatına düşən böyük həcmdə təsiri yoxdur. Çünki bizim Rusiyadan asılılığımız şükür ki, çox azdır. Amma bəzi regionlarda yaşayan soydaşlarımız uzun illərdir ki, Rusiyadan gələn vəsait hesabına sosial-iqtisadi problemlərini edirdilər, bax bu, onların dolanışığına təsir göstərə bilər”.

Ekspert əlavə etdi ki, bu amil Azərbaycanda daşınmaz əmlak bazarına da mənfi təsir göstərə bilər: “Çünki Bakıda əsasən daşınmaz əmlak bazarında Rusiyadan gələn vəsait həmişə önəmli rol oynayırdı. Rusiyada qazanılan vəsaitlərin bir qismini soydaşlarımız Azərbaycanda daşınmaz əmlaka yatırırdı. Bazarda da getdikcə müəyyən durğunluq yarana bilər. Vəsait azaldıqca Rusiyadan gələn pulların Azərbaycanda daşınmaz əmlaka yatırılması məhdudlaşacaq”.  

Rusiyalı iqtisadçı və maliyyəçi Konstantin Tserazov isə bildirib ki, Rusiya Mərkəzi Bankının faiz artıracağı gözləntiləri, ixracatçılardan xarici valyuta təklifinin artması və daxili statistikada müsbət xəbərlər rublun bu həftənin əvvəlində möhkəmlənməsinə səbəb olub. Hər şey yaxşı getsə, yaxın həftələrdə dollar 90 rubla kimi ucuzlaşa bilər. Son günlər rəsmi qurumların hərəkətləri və ritorikası avqustun ortalarında baş verənlərə bərabərdir. Hər iki vaxtda dollar/rubl məzənnəsi 100-ə yaxın olub. Bu, onu göstərir ki, bu səviyyə qırmızı xətdir, son dərəcə arzuolunmaz hesab olunur", - deyə o düşünür.

“Marja” yazır ki, sentyabrın 15-də keçiriləcək növbəti iclasda Rusiya Mərkəzi Bankı uçot dərəcəsini yenidən 2 bənd artıraraq 14 faizə qaldıra bilər. Bu, rubl əmanətlərinin cəlbediciliyini artıra, kreditləşməni yavaşlada, idxal və xarici valyutaya tələbi azalda bilər. Qeyd edək ki, 15 avqustda Rusiya Mərkəzi Bankı növbədənkənar iclasında uçot dərəcəsini illik 8,5%-dən 12%-ə qaldırıb. İxracatçılardan xarici valyuta təklifinin artması (neftin dünya qiymətlərinin artması fonunda Brent və Urals arasında endirimin azalması) və Rusiya Mərkəzi Bankı tərəfindən xarici valyuta satışlarının müvəqqəti artması, habelə idxalçılar və möhtəkirlərin valyuta tələbinin azalması rublu dəstəkləyir. Tserazov əlavə edib ki, Rusiya büdcəsinin profisitə qaytarılması, həmçinin VTB-nin rəhbəri Andrey Kostinin “rublla xaricə vəsaitlərin köçürülməsinə mümkün limitlərin tətbiqi” barədə təklifi Rusiya valyutasına əlavə dəstək verir. “Rublun bahalaşmasının qalıcı olub-olmayacağı rəsmilərin rublu dəstəkləmək əzminindən asılıdır. Əgər Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırılmış səviyyədə saxlasa, ixracatçılar kifayət qədər xarici valyuta tədarükünü saxlasalar və kapitalın xaricə çıxışını məhdudlaşdırmaq üçün əlavə tədbirlər görülsə, o zaman yaxın aylarda rublun məzənnəsinin daha da sabitləşməsinin şahidi ola bilərik”, - iqtisadçı hesab edir. Onun sözlərinə görə, yaxın bir neçə həftə ərzində bir dolların 90 rubla çatması tamamilə mümkün görünür. 

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI