Azərbaycan nefti nə vaxtadək bahalaşacaq? - İqtisadçılar şərh etdilər

15 sentyabr, 2023 13:42

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmağa davam edir.

Azərbaycan neftinin 1 bareli üzrə qiymət sentyabrın 8-də 0,71% və ya 0,68 dollar artaraq 96,43 ABŞ dolları təşkil edib. Ötən gün isə "Azeri Light"ın 1 barelinin qiyməti 98,73 ABŞ dolları təşkil edib.

Neftin qiymətinin artmasının əsas səbəbi nədir? Bu proses nə qədər davam edə bilər? Neft qiymətlərində vəziyyətin belə olması iqtisadiyyatımıza hansı təsirləri göstərəcək?

İqtisadçı ekspert Asif İbrahimov modern.az-a bildirib ki, son 2 ayda neft qiymətlərində artan dinamika müşahidə edilir:

"Neftin qiymətinin bahalaşması gəlirlərini neft vəsaiti əsasında götürən büdcələr üçün yüksək əhəmiyyət kəsb edir. Azərbaycan büdcəsinin böyük hissəsi neftdən daxil olan vəsaitlərdən formalaşır. Bu da ölkəyə maliyyə axını deməkdir. Neftin bahalaşması büdcəyə əlavə vəsaitlərin daxil olması və yeni layihələrin icrası deməkdir.  Bu vəsaitlər yol infrastrukturunda, yeni dövlət proqramlarında istifadə olunur. Neft gəlirlərinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir”.

İqtisadçı neftin bahalaşmasını belə izah edib:

“Xüsusi neft istehsalçıları OPEC ölkələridir.  Eyni zamanda OPEC+ və digər ölkələrdir.  Rusiya Ukrayandakı müharibədən sonra qaz və neftin  satışında müəyyən məhdudiyyətlərlə üzləşib. Rusiya karbohidrogen məhsullarının ən böyük müştəriləri Avropa  ölkələri idi. Münasibətlərin kəskinləşməsi və  Rusiyaya qoyulan embarqolar, məhdudiyyətlər tədarükün həyata keçiriməsində müəyyən çətinliklər yaratdı. Bu da qlobal neft birjalarında qiymətlərin qalxmasına gətirib çıxardı”.

Neftin bahalaşması davam edəcəkmi?

İqtisadçı ekspert suala belə cavab verib: “Maliyyə məsələləri belədir ki, baş verən bütün siyasi, iqtisadi, təbii hadisələr prosesə öz təsirini göstərir. Hazırda bütün dünyada Rusiya-Ukrayna müharibəsinin çözümü  axtarır.  Bu baxımdan, artan dinamikanın davam edəcəyini düşünürəm. Müharibə vəziyyətinin kəskinləşməsi və əsas neft hasilatçısı olan körfəz ölkələrinin neft hasilatının azaldılması ilə bağlı qərarları davam etdikcə, bahalaşmalar sürəcək”.

İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, “Azər light” daha keyfiyyətli olduğu üçün bir qədər baha satılır:

“Azərbaycan neftinin qiyməti ayrıca hesablanmır. Dünya birjalarında “Brent” markalı neftin qiymətinə uyğunlaşdırılır. Ona görə də, beynəlxalq birjada qiymət yüksəldikcə, “Azər light” da bahalaşır. “Azər light”ın keyfiyyəti daha yüksək olduğuna görə “Brent” markalı neftdən bir az baha satılır. Son 2-3 aydır ki, neftin qiymətində kəskin yüksəliş müşahidə olunur. Dünən neftin qiyməti 94-95 dollara yaxın idi. Bu, göstərici 2023-cü il üçün ilk idi. O cümlədən Azərbaycan neftinin qiyməti artdı. Bunun səbəbləri çoxdur.
Əsas səbəb Səudiyyə Ərəbistanı və Rusiyanın könüllü şəkildə hasilatı azaltmaqla bağlı qərar verməsi oldu. Səudiyyə Ərəbistanı gündəlik hasilatı 1 milyon barel azaltdı. Rusiya isə hasilatı 500 min barelə yaxın azaltdı. Beləliklə, iki ölkə birgə neft hasilatını 1,5 milyon azaltmış oldu. Bundan əlavə, OPEC üzvləri ümumi istehsalı 2,8 milyon barel aşağı salıb. Bu da defisitin yaranmasına səbəb olub. Pandemiyadan sonra neft istehlakı dünyada artır. İstehsalda belə azalmalar isə təbii olaraq, neft qiymətlərinə təsir edir”.

Ekspert vurğulayıb ki, hazırda dünyada hasil edilən neft, tələb olunan həcmdən aşağıdır:

“İlin əvvəlində dünya iqtisadiyyatında ressesiya olması gözlənilirdi. Gözlənilirdi ki, iqtisadiyyat daralacaq. Lakin bu gözləntilər özünü doğrultmadı. ABŞ-da iqtisadi artımlar baş verdi. Avropada isə ressesiya gözləntiləri yalnız Almaniyada özünü doğrulda bilər. Bu ölkədə iqtisadiyyat təxminən 1 faiz darala bilər. Lakin digər Avropa ölkələrində vəziyyət əvvəlki kimi yaxşı olmasa da, bərbad da deyil. Hazırda gündəlik neft tələbatı 102 milyon barelə çatıb. Hasilat isə 99, 8 milyon bareldir. Bu da qiymət artımına təsir göstərdi və neft qiymətləri yüksəldi”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI