"Azərbaycan Cənubi Qafqazda Rusiyapərəst olmayan yeganə ölkədir" - Britaniyalı analitik 

18 sentyabr, 2023 11:03

“Qərbdə, o cümlədən ABŞ-da islamofobiya və türkofobiya var. Türkiyə ilə ABŞ arasında münasibətlər zəif olanda bu vəziyyət Azərbaycan-ABŞ münasibətlərinə də təsir edir”.

Bu fikirləri britaniyalı analitik Taras Kuzio deyib. 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonun rəsmi vasitəçiliyi ilə keçirilən son görüşündə sentyabrın 1-dən regionda yolların açılması və Ağdam-Xankəndi marşrutunun işə salınması razılaşdırılsa da, sonradan Qarabağdakı erməni separatçılarının narazılığı səbəbindən reallaşmayan ssenarini şərh edən analitik, ABŞ-nin Azərbaycana qarşı açıq kartlarla oynamasının pərdəarxası məqamlarını açıqlayıb. 

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Kuzio, ümumi mənzərə sizə də məlumdur. Niyə ABŞ Qarabağ probleminə Donbas, Osetiya, yəni Gürcüstan və Ukraynadakı kimi səmimi yanaşmır?

- ABŞ-da böyük erməni lobbisi var ki, onlar Ermənistanı “şəhid” və “əziyyət çəkən xalq” kimi tanıtmaqla hakimiyyətə təsir göstərirlər. Azərbaycan hökuməti erməni lobbisinə qarşı daha çox iş görməlidir. Ümumilikdə, Qərbdə, o cümlədən ABŞ-da islamofobiya və türkofobiya var. Türkiyə ilə ABŞ arasında münasibətlərdə problemlər yarananda bu, Azərbaycan-ABŞ münasibətlərinə də təsir edir. Digər tərəfdən, çoxları bilmir ki, Birinci Qarabağ müharibəsində və 30 ilə yaxın işğal dönəmində həlak olanlar Azərbaycan xalqı və əsgərləri olub, bir milyon azərbaycanlının işğal olunmuş ərazilərdəki bütün tikililəri dağıdılıb, özləri isə etnik təmizləməyə məruz qalıblar. Daha çox yayılmış fikir budur ki, guya ermənilər 1915-ci ildə Osmanlıda olduğu kimi, indi də Azərbaycanın əlinin altında əziyyət çəkirlər.

- Biz son günlər Ermənistanın Rusiyadan qopduğunu və Qərbə meyl etdiyini görürük. Düzdür, 30 illik vasitəçilik dönəmində də super güc olan Amerika Qarabağ probleminin həllində rol oynamadı. Lakin Vaşinqtonun Ermənistanın ona son yaxınlaşmasından sonra Azərbaycana qarşı açıq kartla oynaması suallar doğurur.

- Azərbaycan da ABŞ-ın strateji müttəfiqi kimi özünü inkişaf etdirmək üçün daha çox işlər görməlidir. Məsələn, Azərbaycan Cənubi Qafqazda rusiyapərəst olmayan yeganə ölkə olduğunu nümayiş etdirməlidir. Ermənistan 1991-ci ildən, Gürcüstan isə oliqarx İvanişvili dövləti ələ keçirdikdən sonra Rusiyayönümlüdür. Ermənistan və Gürcüstan Rusiyaya Qərbin sanksiyalarından yayınmağa kömək edir, Azərbaycan isə belə addımlar atmır. Azərbaycan da özünü qərbyönümlü, enerji hasilatçısı olan dövlət kimi daha çox tanıtmalıdır.

- ABŞ regiondakı münaqişədə niyə maraqlıdır? Rusiyaya görə?

- Bütün Avrasiyada Rusiyanın təsiri azalmaqdadır. Rusiyanın Ukraynadakı zəif hərbi performansı onun tənəzzülə uğrayan böyük güc olduğunu göstərdi. Bu, Aİ və ABŞ-a Avrasiyaya təsir imkanlarını açır. Türkiyə NATO-nun böyük üzvüdür və Ankaranın Azərbaycanın strateji müttəfiqi olması Cənubi Qafqazı NATO, ABŞ və Aİ üçün vacib edir.

Baş nazir Paşinyanın Ermənistanın xarici siyasətini dəyişməsi ilə bağlı saxta xəbərlər yaydığını ABŞ və Aİ-yə göstərmək vacibdir. Ermənistan daha az rusiyapərəst ola bilməz, çünki Kreml KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) və Avrasiya İqtisadi İttifaqından “brexit”lərə icazə vermir. Putin Paşinyanın üç Rusiya hərbi bazasını bağlamasının qarşısını almaq üçün Ermənistanda rusiyapərəst çevriliş təşkil edəcək. Ermənistan İranla müttəfiq olduğu və Rusiyaya Qərbin sanksiyalarından yayınmağa kömək etdiyi halda, Paşinyan özünü qərbpərəst kimi göstərə bilməz.

- Sizcə, ABŞ-ın Paşinyanın saxta manevrlərini bilməsinə rəğmən belə davam etməsi Vaşinqtonun Azərbaycan və Ermənistan arasında vasitəçi roluna kölgə salmırmı?

- ABŞ və Aİ Ermənistanla Azərbaycan arasında danışıqlar üçün ən yaxşı vasitəçilərdir. Fransa vasitəçi ola bilməz, çünki böyük erməni lobbisi onun mövqeyini qərəzli edir. Azərbaycanın ərazi bütövlüyünü yalnız Qərb dəstəkləyir. Rusiya istərdi ki, Gürcüstanın Cənubi Osetiya, Abxaziya və Moldovanın Dnestryanı məsələsi kimi, Qarabağ problemi də həmişəlik dondurulmuş vəziyyətdə qalsın ki, Rusiya özünün qondarma “sülhməramlı qüvvələrini” bölgədə saxlaya bilsin. Rusiya Ermənistan və Azərbaycan kimi ölkələri bir-birinə qarşı qoymağı xoşlayır.

- Cənab Kuzio, müsahibəyə zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Çox sağ olun.

Bizim.media

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR