"Putin Krımı tərk etməyəcək" - Ərdoğan
19 sentyabr, 2023 12:58

"Putin Krımı könüllü şəkildə tərk etməyəcək".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PBS NewsHour-a müsahibəsində deyib.
Aparıcının "Sizcə, Ukrayna Rusiyanı öz ərazisindən, o cümlədən Krımdan qovmağa nail olacaqmı? Və bunu dəstəkləyirsinizmi" sualına belə cavab verib:
"Hələ 2014-cü ildə prezident Putinlə Krımla bağlı müəyyən diskussiya və müzakirələr aparmışam və onlar uğurlu alınmayıb, mən onları Krımı tərk etməyə inandıra bilməmişəm. Hesab edirəm ki, indi də buna nail olmaq mümkün deyil".