Moskva və İrəvanın silah sövdələşməsi niyə baş tutmayıb?

22 sentyabr, 2023 11:52

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyadan silah almaq üçün İrəvanın pul ödədiyi, lakin heç vaxt ala bilmədiyi barədə dəfələrlə səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyi barədə məlumat yayılıb.

Bu barədə "Joğovurd" qəzeti mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyi ilə Rusiyanın “Smerç” tipli raketlər istehsal edən “NPO Splav” zavodu arasında müqavilə bağlanıb. Ermənistan üçün lazım olan raketlərin istehsalı ilə bağlı pul alınıb. Zavod sövdələşmənin üzərinə düşən hissəsini yerinə yetirib və Ermənistan Müdafiə Nazirliyinə malları çatdırmağa hazır olduğunu, qəbul üçün İrəvandan mütəxəssislərin göndərilə biləcəyini bildirib.

Qəzet iddia edir ki, 1 il 3 ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də heç kimi göndərməyib. Zavod daha sonra 3 dəfə Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb ki, bu ölçüdə və xassələrə malik olan məhsulları fabrikin anbarlarında saxlamaq problemli olduğundan, tez bir zamanda malları almaq üçün gəlsinlər

Mənbə bildirib ki, Ermənistan Müdafiə Nazirliyi isə heç vaxt öz nümayəndələrini göndərməyib. Daha sonra Rusiya bu raketləri Ukraynadakı müharibədə istifadə etməyə başlayıb. Bununla belə, Ermənistan-Rusiya mehriban münasibətlərini nəzərə alaraq, Moskva yenə də İrəvana sözügedən hərbi məhsulları tədarük etməyə hazır olduğunu çatdırıb. 2020-ci ildən sonra Rusiya Ermənistana 1,4 milyard dollar dəyərində silah və sursatları 20 il ödəmə müddəti ilə kreditlə tədarük etməyi təklif edib.

Nəşr yazıb ki, 400 milyon dollarlıq ilk müqavilə artıq təsdiq edilibmiş və imzalanmağa hazır olub, lakin gözlənilmədən Ermənistan bu müqavilələrdən imtina edib. Əvəzində İrəvan Hindistanın özəl şirkətləri ilə müqavilələr bağlayıb və dərhal 500 milyon dollar avans köçürüb. Bu malların heç 5 faizi də tədarük edilməyib.

Qəzetin yazdığına görə, Hindistandan alış 3 dəfə baha başa gəlib. “Joğovurd” şərh almaq üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət edib, nazirlik yazılı sorğu göndərməyi xahiş edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR