İğdır-Naxçıvan kəmərinin tarixi önəm - Muxtar Respublikanın İrandan qaz asılılığına

25 sentyabr, 2023 14:09

“Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası uzun illər blokadada yaşayıb və təbii resurslarla təminatı İran üzərindən həyata keçirilib. Bu da Azərbaycandan Naxçıvana gedən və Ermənistan ərazisindən keçən bütün yolların və kommunikasiya xətlərinin bağlanması ilə əlaqədar olub”.  

Bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, artıq İran üzərindən keçən bu xətlərlə bağlı yeni alternativlərə ehtiyac yaranıb:

“Ona görə ki, Naxçıvanın davamlı şəkildə enerji daşıyıcıları ilə təmin olunması üçün bu xətlər artıq yetərli deyil. Buna görə qardaş Türkiyə ilə aparılan danışıqlar nəticəsində ilk növbədə Naxçıvanın həm elektrik xətləri ilə birləşdirilməsi, həm də İğdırdan boru kəməri vasitəsilə qazla təminatı mümkün olacaq ki, bu da Azərbaycana daha rahatdır. Ona görə ki, biz Türkiyəyə qaz veririk. Əgər Ankara hökuməti bundan Naxçıvana hansı həcmdə qaz ötürəcəklərsə, Bakı hökuməti bunu qardaş ölkəyə satdığı qazın həcmindən çıxacaq. Bu da dövlətimiz üçün rahat hesablama qaydaları yaradacaq, həm də Azərbaycanı əlavə xərclər ödəməkdən xilas edəcək. Üstəlik, Naxçıvanın sabit və stabil şəkildə təbii qazla təmin olunmasında İğdır-Naxçıvan xətti mühüm rol oynayacaq”.  

Müsahibimiz, yeni xəttin daha sərfəli olduğunu diqqətə çatdırıb:

“Ona görə ki, İran üzərindən qaz və elektrik enerjisinin verilməsi üçün Tehran əlavə xərclər də tələb edirdi. Artıq həm buna ehtiyac qalmayacaq, həm də asılılıq azalacaq və 0 (sıfır) səviyyəsinə düşəcək. Azərbaycanın Naxçıvanın təminatını həyata keçirməsi üçün bir ölkədən asılı olması doğru deyil”. 

Məlumdur ki, yeni xəttin çəkilişi ilə əlaqədar Naxçıvanın İrandan qaz asılılığı da başa çatır. Bu baxımdan İran yeni xəttə qarşı da aqressiv siyasət həyat keçirə bilərmi?

Bu məsələnin Azərbaycanın suveren hüquqalarına aid olduğunu söyləyən ekspert, buna görə İranın hansısa addımlar atmasının məntiqsiz olduğunu qeyd edib:

“Dövlətimiz öz ərazilərində istənilən kommunal xidmətlərlə və enerji təminatı ilə bağlı qərar vermək hüquq vardır. Bunun İranın daxili işlərinə, yaxud da biznes maraqlarına heç bir aidiyyəti yoxdur. Ona görə ki, İranla bağlanmış ticarət müqaviləsində bununla bağlı hansısa müddəa daxil edilməyib. İran transit ölkəsi kimi iştirak edirdi, amma müəyyən məbləğdə qazanc əldə edirdi. Bundan sonra artıq onlara ehtiyac da qalmayacaq”. 

Qeyd edək ki, Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana işgüzar səfərə gələcək. Səfər çərçivəsində dövlət başçıları arasında keçiriləcək görüşlərdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər müzakirə olunacaq, eyni zamanda  İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimi baş tutacaq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR