Ermənistan sülh müqaviləsinə də imza atacaq...

28 sentyabr, 2023 11:35

Azərbaycanın həyata keçridiyi kokal antiterror əməliyyatları Ermənistanla sülh müqaviləsinin imzalanmasını da tezləşdirəcək. Bu günə qədər sülh müqaviləsinin imzalanmasının mümkün olmamasının əsas səbəblərindən biri Ermənistanın Qarabağda yaşayan ermənlərə status tələb etməsi idi. Ancaq həyata keçirilən lokal əməliyyatlar bu məsələni gündəmdən tamamilə sildi. Daha Qarabağda qondarma rejim yoxdur, ermənilər də əsasən məskunlaşdıqları Xankəndini sürətlə tərk edirlər. Ermənistan sülh müqaviləsinə imza atmağa məcbur olacaq.

2022-ci il oktyabrın 6-də Praqada keçirilən görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımışdı. Bu görüşdən sonra verilən bəyanatla Azərbaycanın Qarabağ üzərindəki suveren hüquqları növbəti dəfə təsdiqlənirdi. Paşinyan ağıllı siyasətçidir və o başa düşürdü ki, Qarabağdakı rejimi o özü tərksilah edə bilməz. Əgər belə olarsa, öz ölkəsində xain kimi tanınacaqdı. Amma o, bizə lazım olanı verdi, ərazi bütövlüyümüzü tanıdı və rejimin məhv edilməsinin məsuliyyətini bizim üzərimizə qoydu. Bu məsələyə Azərbaycan nida qoymalı idi və qoydu. Məsuliyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin daş məntiqə əsaslanan tələblərinin Paşinyan və Ermənstan tərəfindən bundan sonra da yerinə yetiriləcəyi heç bir şübhə doğurmur. Sırada nə var?

- Sülh müqaviləsi - Azərbaycanla Ermənstan arasında demarkasiya və delimitasiya işləri aparılacaq

- Zəngəzur dəhlizinin açılması - Ermənstan da regional layihələrə qoşulacaq

Ermənstan sülh müqaviləsinə bundan sonra çox rahat şəkildə gedəcək. Daha ortada heç bir status, münaqişə və problem qalmır. Ermənistanın daxilində də proseslər aqressiv şəkildən çıxıb pozitiv mərhələyə qədəm qoyacaq. Bundan sonra Ermənistan öz ərazi bütövlüyünü saxlamaq və ölkənin inkişafına nail olmaq məqsədini güdməyə məcbur olacaq.

ABŞ Ermənistanda daha da güclənəcək, Paşinyanın hakimiyyətdə qalması üçün bütün effektiv tədbirlərdən istifadə edəcək. Heç şübhəsiz ki, bu situasiya ən çox Azərbaycanın maraqlarına xidmət etməli olacaq. Rusiyanın xarici işlər naziri Lavrovun “.... Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından göründüyü kimi, onlar Birləşmiş Ştatlara arxalanırlarsa, onda yaxın tarixə, ABŞ-nin öz himayəsinə götürmək istədiyi şəxslərə necə münasibət göstərdiyinə nəzər salmaq yaxşı olardı” bəyanatı fikirlərimizi daha da möhkəmləndirir.

Hazırda tarixi anlar yaşayırıq. Bir neçə dəqiqə bundan əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Separatçıların “rəhbər”i Samvel Şahramanyan bununla bağlı “sərəncam” imzalayıb. Artıq Azərbaycanın daxili işlər orqanlarının qüvvələri Xankəndi şəhərinə daxil olub. Xankəndidə İctimai asayiş Azərbaycan polisi tərəfindən təmin ediləcək...

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR