Dünya erməni ideologiyasına sarsıdıcı zərbə - "Miatsum" ideyası necə məhv oldu?

02 oktyabr, 2023 12:38

Bu günə qədər dünya ermənilərinin “milli hərəkatı” əsasən iki konsepsiya üzərində fomalaşmışdı: Dənizdən-dənizə böyük Ermənistan xülyası və “Miatsum” (birləşmə) - “Artsax”.

XX əsrin 80-ci illərində ortaya çıxan “Miatsum” ənənəvi “erməni milli hərəkatı”nın mənfur bazası əsasında yeni ideologiya kimi qurulmuşdu. Əsas məqsəd hər vəchlə, terror və vəhşi üsullarla bu ideologiyanı reallaşdırmaq idi. “Miatsum” Birinci Qarabağ müharibəsinin başlanması, Azərbaycan torpaqlarının işğal edilməsi və sonda Qarabağda qondarma “Artsax” dövlətinin yaranması ilə nəticələnmişdi. SSRİ-dən ayrılan Azərbaycanın zəif halda olması, 90-cı illərin əvvələrində ölkədə cərəyan edən arzuolunmaz proseslər ermənilərin bu ideologiyanın reallaşmasınını daha da sürətləndirmişdi. Onlar bu mənfur ideologiyanı ona görə ortaya atmşdılar ki, Qarabağı işğal edərək, özlərinə “dövlət” qursunlar.

Amma üzərindən 30 il vaxt keçdi, bu müddət ərzində ölkədə sabitlik bərpa edildi, Azərbaycan milli ordu quruculuğuna başladı, güclü iqtisadiyyat yaratdı, beynəlxalq aləmdə ciddi tribuna qazandı və çoxvektorlu siyasət, tərəfsiz diplomatik fəaliyyət formalaşdırdı. Nəhayət, 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan ağır məğlubiyyətlə üzləşdi.

Bu müharibə və həyata keçirilən sonuncu lokal hərbi əməliyyatlar ermənilərin “Miatsum” ideologiyasını tamamilə məhv etdi. “Artsax” yoxdursa, “Miatsum” da yoxdur. Bu S"artsax" ideologiya daha heç kəsə lazım deyil. Bu o deməkdir ki, Azərbaycan 44 günlük müharibə zamanı təkcə torpaqlarını işğaldan azad etmədi, həm də erməni ideologiyasını məhv etmiş oldu. Daha belə bir ideologiya yoxdur və bundan sonra ermənilər ideologiyasız qalmalı olacaqlar.

Ermənilərin 240 il bundan öncə ortaya atdıqları “erməni milli hərəkatı” tarixdə ən böyük və sarsıdıcı zərbə aldı. Aralıq dənizi, Qara dəniz və Xəzər dənizinə çıxış əldə etmək, 3 dövlətin - Azərbaycan, Türkiyə və Gürcüstanın əraziləri hesabına “Böyük Ermənistan” qurmaq xülyasına qapılan ermənilərin bu ideologiyası tarixin arxivinə göndərildi.

Bundan sonra Azərbaycanın yalnız bir yolu var - daha da güclü olmaq, Cənubi Qafqazda öz liderliyini qorumaq.

Azərbaycan erməni ideologiyasını tarixin ən çirkli arxivinə göndərməklə, ermənilərin işğala hədəflənən mayaklarını əlindən aldı. Qarabağdan köç edən ermənilərin Ermənstan üçün ciddi başağrısına çevriləcəyi heç bir şübhə doğurmur. Paşinyan başa düşür ki, Qarabağda yaşayan ermənilər revanşist siyasi qüvvələrin əsas sosial bazası kimi önə çıxarılırdı. Uzun illər onlar üçün nəzərdə tutulan əlavə imtiyazlar və Ermənistan siyasi elitasında korrupsiyaya bulaşmış, kriminal “Qarabağ klanı”nın müstəsna səlahiyyətlər qazanması Ermənistanın inkişafını tamamilə əngəlləyirdi. Rusiyaya bağlı bu qüvvələr ABŞ-ın dəstəklədiyi Paşinyana qətiyyən lazım deyil. Böyük ehtimalla, Qarabağdan köç edən ermənilərin bir qismi müxtəlif ölkələrə üz tutmalı olacaqlar. Şübhəsiz, onlar həmin ölkələrdə yenidən hansısa erməni ideoloqlarının ambisiyalarının qurbanlarına çevriləcəklər.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR