Korotçenkodan xəbərdarlıq - "Rusiyada erməni separatizmi baş qaldırsa..."

03 oktyabr, 2023 10:36

Azərbaycan separatizminin kökünü qaşıdı. Lakin, bəzi qlobal güclər erməni separatizmini qonşu dövlətlərə transfer etməkdə maraqlıdırlar. Bu məsələdə separatizmin alovlanacağı ölkə kimi ilk ağıla gələn Rusiyadır. Təsadüfi deyil ki, son günlər ermənilər Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış edirlər. 

Məsələn bu günlərdə erməni hərbi ekspert Vladimir Poqosyan “biz gəlib Armavir, Soçi və Krımı ala bilərik. Krımın 70%-i ermənidir”, - deyə bəyanat verib. Erməni hərbi ekspertin bu fikirləri təbii ki, bəzi dairələrin diqqətini cəlb edib.

Mövzu ilə bağlı Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenkonun fikirlərini öyrəndik. 

O, bildirib ki, indiki məqamda erməni hərbi ekspert Vladimir Poqosyanın dedikləri Ermənistanın rəsmi mövqeyini ifadə etmir:

“Ona görə də Poqosyanın cəfəng fikirlərinə Rusiyanın rəsmi münasibəti olmayacaq. Lakin, baş verən tarixi prosesləri analiz edərkən görərik ki, SSRİ-nin dağılmasının əsas səbəbi separatizm olub. Vaxtilə əksər analitiklərin, xüsusən də ermənilərin əsas məqsədi bu olub ki, Sovet cəmiyyətində siyasi böhran və yaxud ictimai xaos yaratsınlar. Bu istiqamətdə bir zamanlar ən çox Baltikyanı ölkələrin, Ukraynanın və ermənilərin ekspertləri daha çox canfəşanlıq edirdilər. 

Nə yazıq ki, separatizmi alovlandıra biləcək bəyanatlar bu gün də var. Təbii ki, Rusiya Federasiyasının xüsusi orqanları, xüsusən də Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi separatizmin baş qaldırmaması üçün ciddi iş aparır və profilaktik tədbirlər həyata keçirir. 

Təbii ki, ermənilərin təşkil edə biləcəyi separatçı hərəkətlər Rusiya kimi çoxmillətli bir ölkədə daha qorxulu separatizmin baş qaldırmasına səbəb ola bilər. Ona görə də hazırda Rusiya dövləti üçün bir nömrəli vəzifə separatizm ocaqlarının yaranmasının qarşısını almaqdır”. 

Baş direktor əminliklə bildirib ki, xüsusi xidmət orqanları bu sahədə öz işini görür:

“Nəzərə alaq ki, Cənubi Qafqazda separatizmin acı təcrübəsini görüb, yaşamışıq. Azərbaycanın ərazilərinin 20 faiz hissəsi 30 il ərzində “miatsum” iddiaları hesabına işğal altında saxlanılıb. Ona görə də istənilən separatçı hərəkətə və çağırışa çox diqqətlə yanaşmalıyıq. Rusiya öz ərazisində separatizmin baş qaldırmasına qətiyyən yol verməməlidir. Bu mənada Azərbaycanın erməni separatizmi ilə mübarizə üsulu hər bir dövlət üçün örnək olmalıdır”.(bizim.media). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR