"İran Ermənistan-Azərbaycan sərhədinə hərbi qüvvələr göndərə bilər" - ISW

05 oktyabr, 2023 10:38

"Ermənistan son aylarda ənənəvi təhlükəsizlik tərəfdaşı olan Rusiyadan başqa digər tərəflərdən təhlükəsizlik yardımı almağa başlayıb".

ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) rəsmi saytı xəbər verir ki, bu barədə qurumun analizində deyilir.

"Ermənistan və İran rəsmiləri ayrı-ayrılıqda Rusiyadan narazılıqlarını bildirərək, Moskvanın Ukraynanın işğalından sonra Ermənistanın müdafiəsinə məhəl qoymadığını bildiriblər. Sentyabrda Ermənistan ABŞ-la birgə hərbi təlim keçirdi. Oktyabrın 4-də Fransa rəsmiləri Ermənistan və Fransanın silah sazişlərini müzakirə etdiklərini açıqladılar.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sonuncu dəfə 2-4 oktyabr tarixlərində Tehranda İranın yüksək rütbəli siyasi və hərbi rəsmiləri ilə görüşüb. İran Ermənistanı müdafiə etmək və bununla da onun Qafqazdakı strateji maraqlarını qorumaq üçün müxtəlif addımlar ata bilər. İran Ermənistana hərbi dəstək verə bilər. Bu kurs inandırıcıdır, çünki İsrail mediası əvvəllər İranın son aylarda Ermənistana PUA-lar və digər hərbi texnikalar verdiyini yazıb.

İran Ermənistan-Azərbaycan sərhədinə hərbi qüvvələr göndərə bilər. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri oktyabrın 4-də Tehranda Qriqoryanla görüşü zamanı sərhədə iranlı “müşahidəçilər” yerləşdirməyi təklif etdiyinə görə bu da inandırıcıdır. Baqirinin mövqeyini nəzərə alsaq, bu "müşahidəçilər", ehtimal ki, İran hərbi qulluqçuları olacaqlar. İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 4-də Tehranda Qriqoryanla görüşündə İranın Qarabağdan gələnlər üçün Ermənistana yardım göndərməyə hazır olduğunu vurğulayıb", - analizdə qeyd olunub.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR