"Ermənistan Rusiya ilə bütün körpüləri yandırdı" - Korotçenko

05 oktyabr, 2023 10:45

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistan Milli Assambleyası Roma Statutunu ratifikasiya etdi. Bu qanun oktyarbın 7-də bütün Ermənistan ərazisində qüvvəyə minəcək. Nəzərə alaq ki, oktyabrın 7-i həm də Rusiya Prezidenti Vladimir Putinin doğum günüdür. 

Paşinyanın Rusiya liderinin ad gününə belə bir “hədiyyə” hazırlaması təbii ki, siyasi kluarlarda ciddi əks-səda doğurub. Hər kəs hesab edir ki, Ermənistan hakimiyyətinin bu cür təxribatçı addımı Rusiya tərəfindən heç də xoş qarşılanmayacaq.

Bəs, Rusiya Ermənistanı necə cəzalandıra bilər?

Mövzu ilə bağlı Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenkonun fikirlərini öyrəndik. 

O, bildirib ki, Ermənistan parlamentində Roma Statutunun ratifikasiya edilməsi rəsmi İrəvanın növbəti anti-Rusiya addımıdır:

“Bu həm də Rusiya və Ermənistan arasındakı siyasi-diplomatik böhranın sübutudur. Paşinyan öz tərəfdarlarının əliylə Ermənistan parlamentini çox asanlıqla idarə edir. Ona görə də Ermənistan hakimiyyətinin bu qərarı tam anlaqlı şəkildə həyata keçirdiyinə heç bir şübhə yoxdur. 

Rəsmi Moskva dəfələrlə və müxtəlif kanallar vasitəsi ilə rəsmi İrəvanı başa salmaq istədi ki, hadisələrin bu cür inkişafı Ermənistana yaxşı heç nə vəd etmir. Lakin Rusiyanın bir çox mesajları cavabsız qaldı.

Üstəlik, belə həssas dönəmdə Roma Statutunun ratifikasiya edilməsi artıq bütün körpülərin yandırılması anlamına gəlir. Paşinyan Ermənistanın ən yaxın və etibarlı müttəfiqi olan Rusiyadan üz döndərərək Qərbə can atır. Paşinyan bu gün daha çox ABŞ, Fransa və Aİ dövlətləri ilə münasibətləri dərinləşdirmək istəyir”.

İqor Korotçenko əlavə edib ki, rəsmi İrəvanın bu cür hərəkətləri Rusiyanın reaksiyalarından kənarda qalmayacaq:

“Yəqin ki, ilk növbədə bu iqtisadi müstəvidə özünü göstərəcək. Unutmayaq ki, Ermənistan iqtisadi cəhətdən Rusiyadan çox asılıdır. Ona görə də Ermənistandakı rusafobiya siyasəti cavabsız qalmayacaq. Moskva Cənubi Qafqazda öz maraqlarını qorumağa davam edəcək. 

Açıq etiraf etmək lazımdır ki, Ermənistanın hansısa addımının Rusiya üçün problem yaradacağını düşünmək belə ağılsızlıqdır. Bu sadəcə Ermanistan-Rusiya münasibətlərinə zərbə vurur. Eyni zamanda, Ermənistanın KTMT-dəki mövqelərini zəiflədir”.(bizim.media).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR