Paşinyan Qazaxın işğaldakı 7 kəndindən danışdı

11 oktyabr, 2023 11:31

Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində anklavlar və digər mübahisəli ərazilər məsələsinə də toxunub. 

Erməni baş nazir Azərbaycanın işğal altındakı 8 kəndinə (Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi-red.) qarşılıq Gədəbəyin Başkənd yaşayış məntəqəsinin və şərti dövlət sərhədində yerləşən bəzi kəndlərin adını çəkməklə ərazi iddiasını ortaya qoyub.

Paşinyanın fikrincə, əgər anklavlarla bağlı məsələ tərəflərdən biri - Ermənistan və ya Azərbaycan tərəfindən qəbul edilərsə, o zaman çoxlu suallar ortaya çıxacaq.

“Bu anklavların sərhədlərinin delimitasiyası məsələsi var, bu anklavlara giriş məsələsi var, bu sərhədlərin qorunması məsələsi var, bu ərazilərdə silahlı qüvvələrin olub-olmaması məsələsi var. Anklav nə deməkdir? Oraya çatmaq üçün başqasının ərazisindən keçmək lazımdır, başqasının ərazisindən necə keçmək lazımdır, bu məsələnin hüquqi nüansları nədir və s.”, - baş nazir bildirib.

Paşinyan deyib ki, Ermənistanın 29 800 kvadrat kilometr ərazisinə Başkənd də (ermənilər Gədəbəydə yerləşən bu kəndə Artsvaşen deyirlər-red.) daxildir:

“Heç bir hökumətin Ermənistan Respublikasının suveren ərazisinə son qoymaq hüququ yoxdur. Amma bir vacib detal da var: kim anklavlardan danışırsa, masanın üstünə xəritə qoymalıdır ki, bu anklavın mövcudluğu nəyə əsaslanır”.

“Azərbaycan 8 kənd məsələsini qaldırır, öz növbəmizdə deyirik ki, bizim də 8 kəndlə bağlı  problemimiz var”, - deyən N.Paşinyanın sözlərinə görə, Ermənistanın sərhəddəki Tavuş rayonunun bir sıra kəndləri Azərbaycan tərəfinin nəzarətində qalıb. O, buna misal kimi Berkaber (Bibiş), Aygehovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar adlandırılan kəndləri göstərib.

“Biz 2021-ci ildə təklif etdik, dedik ki, demarkasiya xəritəsinin nə olduğuna qərar verək, qoşunları o xəttdən çıxaraq. Təcrübə göstərir ki, istənilən həll olunmamış məsələ X dəqiqə hərbi eskalasiya üçün fürsət olacaq”, - Paşinyan deyib.

Baş nazir bildirib ki, hökumətin təhlükəsizlik sahəsində vəzifəsi Ermənistanın müzakirədən imtina etməsi, yayınması, həll yollarından qaçması ilə hər hansı məsələnin daha da gərginləşməsi üçün bəhanəyə çevrilməsinə imkan verməməkdir:

“Bizim vəzifəmiz nədir? Eskalasiyanın qarşısını almaq. Və eskalasiyanın qarşısını almaq üçün məsələləri uzatmaq, mürəkkəbləşdirmək, anlaşılmaz etmək barədə düşünməməliyik. Əksinə, biz həqiqətən də həll yollarına doğru getməliyik, lakin bu qərarlar, əlbəttə ki, ağlabatan və şəffaf olmalıdır". 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR