Paşinyan nəhəng addımlarla Zelenskinin yolunu gedir

19 oktyabr, 2023 10:37

Azadlıq Radiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində etdiyi çıxış həm Bakının, həm də Moskvanın kəskin reaksiyasına səbəb olub.

Adı çəkilməyən “yüksək vəzifəli Rusiya rəsmisi” ölkənin TASS rəsmi dövlət xəbər agentliyinə deyib ki, Paşinyan “nəhəng addımlarla” Ukrayna prezidenti Volodimir Zelenskinin yolu ilə gedir:

“Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində etdiyi çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə aid hissəsini tamamilə məsuliyyətsiz və provokasiyalı kimi qiymətləndiririk”.

Həmin rəsmi TASS agentliyinə daha sonra deyib: “Əgər Moldovanı 2 nömrəli Ukrayna kimi qəbul etsək, biz görürük ki, Ermənistanı 3 nömrəli Ukraynaya çevirmək istəyirlər”.

Azatutyun qeyd edir ki, Rusiya rəsmisi olduğu iddia edilən şəxs bunu kimin etmək istədiyini deməyib. Ermənistan Azərbaycanla sülh müqaviləsini ilin sonunadək imzalamağa və münasibətləri tənzimləməyə hazırdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 17-də Strasburqda, Avropa Parlamentindəki çıxışında deyib.

O vurğulayıb ki, Yerevan suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan, habelə nəqliyyat kommunikasiyalarını onların keçdiyi ərazinin suverenliyi prinsipi əsasında açılmasını nəzərdə tutan sülh müqaviləsini imzalamağa hazırdır.

Paşinyan ayrıca olaraq vurğulayıb ki, Yerevan Meğri dəmir yolunu (Azərbaycanda bunu “Zəngəzur dəhlizi” də adlandırırlar – red) Ermənistanın öz yurisdiksiyası altında açmağa hazırdır.

Baş nazir ehtiyatlandığını bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev “dəhliz” məsələsindən Ermənistana yeni hücum və işğal bəhanəsi kimi istifadə edə bilər.

Ermənistan baş naziri bu çıxışında habelə Avropa deputatlarından regionda sülhün bərqərar edilməsi işində dəstək istəyib. Paşinyan qeyd edib ki, Ermənistanın rəsmi müttəfiqləri ona Ermənistanın və Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsində kömək etməyiblər.

Ermənistan baş nazirinin sözlərinə görə xarici təcavüzdən, müttəfiqlərin hərəkətsizliyindən, müharibə hədəsindən və humanitar böhrandan ölkə daxilində çaxnaşma yaratmaq, onun suverenliyini şübhə altında qoymaq və hətta oyuncaq hökumət qurmaq cəhdləri üçün istifadə olunub, amma hər dəfə xalq və demokratiya ölkənin suverenlik və müstəqilliyini xilas edib.

Baş nazir vurğulayıb ki, Ermənistan Avropa İttifaqına – Avropa İttifaqının mümkün saydığı qədər və regional münasibətlərə zidd olmayacaq şəkildə yaxın olmağa hazırdır.

Paşinyan bu çıxışında da Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi hərbi əməliyyatı və onun nəticəsini “etnik təmizləmə” kimi səciyyələndirib.

O qeyd edib ki, Ermənistanın 1016 vətəndaşı hazırda itkin sayılır.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə hesab edir ki, Ermənistan baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin sessiyası zamanı səsləndirdiyi bəyanat bu ölkənin sülh sazişi ilə bağlı perspektivləri sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.

XİN-in vurğulamasına görə, 30 ilə yaxın müddət ərzində “bir milyona qədər azərbaycanlının fundamental hüquqlarını pozan bir ölkə olan” Ermənistanın Azərbaycanı “könüllü olaraq getmiş yerli ermənilərin” “etnik təmizləməsi”ndə ittiham etməsi əsassızdır:

“...Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt başqa ölkələrin ərazisinə iddia etməyib”

Nazirlik sonda da hesab edir ki, Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi imkanların yarandığı bir dövrdə, Ermənistan baş nazirinin “davam edən aqressiv ritorikası” sülh perspektivlərinə xələl gətirir.

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub