Azərbaycanda bu bankın depozitləri 11 milyon, mənfəəti isə 1 milyona yaxın azalıb

23 oktyabr, 2023 11:33

“Azərbaycan Sənaye Bankı” 2023-cü ilin III rübündə 3,48 milyon xalis mənfəət əldə edib.  

Bu,  2022-ci ilin eyni dövrünə nisbətən 19.8% və ya 857 min azdır. Belə ki, 2022-ci ilin müvafiq dövründə bank 4,34 milyon manat xalis mənfəət açıqlamışdı.  

Hesabat dövründə bankın faiz gəlirləri 33.6% artaraq 24,45 milyon manat, faiz xərcləri isə 51.5% artaraq 12,44 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 8,3 milyon manata (illik müqayisədə 12.2% çox), qeyri-faiz xərcləri isə 15.8 milyon manata (illik müqayisədə 19.1% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 4,5 milyon əməliyyat mənfəəti əldə edib.

Bank bu il 5,4% kiçilib. Belə ki, cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 40.1 milyon manat azalaraq 707,51 milyon manata enib. Cari ilin ilk 9 ayında “Azərbaycan Sənaye Bankı”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0.9% və ya 2.1 milyon manat artaraq 243,71 milyon manata çatıb.

Bu dövrdə “Azərbaycan Sənaye Bankı”nın cəmi öhdəlikləri 594,23 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 6.8% və ya 43.3 milyon manat azdır. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 2.4% və ya 10.9 milyon manat azalaraq 438,8 milyon manata enib.

2023-cü il oktyabr ayının 1-nə “Azərbaycan Sənaye Bankı”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2.9% və ya 3.2 milyon manat artaraq 113,28 milyon manat təşkil edib(yenisabah.az).

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!