Dunya Miyatoviçin Ermənistana və Azərbaycana səfərinin yekunları haqqında bəyanatı

27 oktyabr, 2023 13:01

"İnsan hüquqlarının pozulması Qarabağ regionunda və onun ətrafında Ermənistan və Azərbaycan arasında uzunmüddətli münaqişənin son fəslində əlamətdar olub. Hamı üçün insan hüquqlarına tam hörmət və müvafiq beynəlxalq standartlara ciddi şəkildə riayət olunması iki ölkənin barışığı yolunda diqqət mərkəzində olmalıdır", deyə Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç Qarabağ regionu da daxil olmaqla, Ermənistana və Azərbaycana 16-23 oktyabr tarixlərində baş tutan səfəri başa çatdıqdan sonra bildirib.  

Regiona səfər sentyabrın sonlarında cəmi bir neçə gün ərzində Ermənistana qaçan 100600-dən çox Qarabağ ermənisinin kütləvi köçü ilə bağlı olub. Bu, 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar, regionun tamamilə onun nəzarəti altına keçməsi və "Qarabağ ermənilərinin Laçın dəhlizinin Azərbaycan tərəfindən doqquz aylıq mühasirəsi nəticəsində məruz qaldıqları hərəkət və əsas məhsulları, xidmətləri və enerji daşıyıcılarını əldə etmək imkanının uzun müddət pozulmasından" sonra baş verib. "Onlar hər hansı etibarlı təhlükəsizlik zəmanəti və ya hansısa tərəfin müdafiəsi olmadan tərk edilmiş vəziyyətdə qalıblar. Onlar üçün vətəni tərk etmək yeganə mümkün variant idi", deyə Avropa Komissarının bəyanatında bildirilir.

Komissar Ermənistana səfəri zamanı Qarabağdan məcburi köçkünlər üçün sığınacaqlara baş çəkib və Avropa Şurası üzvlərini köçkünlərə kömək etməyə çağırıb. Komissar Azərbaycana səfəri zamanı Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və digər şəxslərlə görüşlər keçirib.

Azərbaycan hakimiyyəti komissara dövlətin Qarabağ regionunun və orada yaşayan insanların reinteqrasiyası üçün gördüyü tədbirlər haqqında məlumat verib. "Komissar qeyd edib ki, Azərbaycan regionda qalan və Ermənistana gedən etnik ermənilərin hüquqlarına, o cümlədən təhlükəsiz və layiqli bir şəkildə öz evlərinə qayıtmaq hüququna zəmanət verməlidir".

Komissar həmçinin Azərbaycanın Qarabağ regionuna səfər edib. Bu, onillər ərzində ilk dəfə idi ki, belə bir hüquq müdafiə missiyası regiona səfər edə bilib, baxmayaraq ki, minaların mövcudluğu ilə əlaqədar təhlükəsizlik problemləri səbəbindən onun miqyası məhdud olub. Komissar Füzuliyə, Şuşaya, Malıbəyli kəndinə, Xankəndinə, Xocalıya və Ağdama səfər edib. O, sentyabrda əhalinin getməsindən sonra Xankəndi şəhərinin, demək olar ki, tamamilə boş qaldığını gördükdə şok keçirib. Ona bu rayonda çox az sayda etnik erməninin qaldığını bildiriblər. O, onlardan bəziləri ilə söhbət edib.

Füzulidə və Ağdamda komissar onillər boyunca xarabalıq vəziyyətində qalmış dağılmış şəhərlər və kəndlər görüb. Füzulidə bu yaxınlarda salınmış yaşayış məntəqəsinə baş çəkib, bir neçə gün əvvəl vaxtilə öz torpaqlarını tərk edən azərbaycanlılar bu yaşayış məntəqəsinə qayıdıb.

Azərbaycana səfəri zamanı komissar köçkünlər, mina qurbanları, şahidlər və insan hüquqları pozuntularına məruz qalan şəxslər və onların ailələri, habelə itkin düşmüş şəxslərin ailə üzvləri ilə görüşüb.

Hər iki ölkəyə səfər zamanı komissar uzanan münaqişə ilə əlaqədar ciddi insan hüquqları pozuntuları haqqında məlumatlar eşidib və mülki əhalinin uzun illər boyunca hərbi əməliyyatlar nəticəsində çəkdiyi əziyyətin şahidi olub. 

Komissar Qarabağ regionunda və onun ətrafında münaqişənin, o cümlədən 2020-ci ildə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların başlaması, həmçinin Laçın dəhlizinin mühasirəsindən və Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatdan sonra baş verən son hadisələr nəticəsində humanitar və hüquqların müdafiəsi ilə bağlı nəticələrini müzakirə edib. 

O, bütün köçkünlərin insan hüquqlarının, o cümlədən layiqli və təhlükəsiz şəkildə qayıtmaq hüququnun; minalardan qorunmaq hüququnun; əsirlərin müdafiə hüququnun; itkin düşmüşlərin aqibətini öyrənmək hüququnun təmin edilməsinin vacibliyini; ciddi insan hüquqları pozuntularının müstəqil araşdırmalarının aparılması zərurətini və qurbanlara dəyən zərərin adekvat şəkildə qaytarılmasının vacibliyini bir daha vurğulayıb.

O qeyd edib ki, indi bütün tərəflər ədavət salınmasının qarşısının alınması və buna qarşı mübarizə üzrə heç vaxt olmadığı qədər qətiyyətli addımlar atmalıdır, həmçinin birgə yaşayışa və barışığa şərait yaradan təşəbbüsləri dəstəkləməlidirlər.

Avropa Komissarının tövsiyələri daha sonra açıqlanacaq, deyə bəyanatda bildirilir. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR