Hindistan Ermənistanı "Bayraktar"a qarşı silahlandırır - "Economic Times" nəşri

27 oktyabr, 2023 13:10

"Hindistan son 1 ildə ilk silah partiyasını uğurla tədarük etdikdən sonra Qafqazdakı strateji müttəfiqi Ermənistana hərbi texnikanın yeni partiyasını tədarük etməyi düşünür".

Bu cümlə Hindistanın "Economic Times" nəşrində dərc olunan materialda yer alıb.

Qeyd olunub ki, bu yaxınlarda Ermənistanın adı açıqlanmayan yüksək rütbəli rəsmisi Yeni Dehlidə olub və bununla bağlı müzakirələr aparıb: "Hindistan Ermənistanın tələblərinə uyğun olaraq etibarlı silah təchizatçısı kimi ortaya çıxıb".

Məlumata görə, yeni tədarükün təfərrüatları hələlik məlum deyil: "Lakin bu silah partiyasının tərkibinə Azərbaycanla münaqişəyə bənzəyən vəziyyətdə işə yarayacaq avadanlıq daxil ola bilər".

Materialda vurğulanıb ki, Hindistanın Ermənistana göndərdiyi sonuncu partiyaya “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər döyüş sursatları daxildir: "Silah tədarükünün Ermənistanla tarixi əlaqələri olan İran vasitəsilə həyata keçirildiyi bildirilir".

Nəşr xatırladıb ki, bu ilin əvvəlində Hindistan, İran və Ermənistan birgə nəqliyyat dəhlizinin yaradılması üçün üçtərəfli əməkdaşlıq formalaşdırıb: "Aprel ayında İrəvanda keçirilən görüşdə üç tərəf iqtisadi layihələri və regional kommunikasiya kanalları müzakirə edilib, mədəni və humanitar əlaqələrin, eləcə də müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müəyyən edilib".

O da ifadə olunub ki, daha sonra bu formatda "məsləhətləşmələri davam etdirmək" qərarına gəlinib və həmin görüşdə həm də Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin (INSTC) regional əlaqə təşəbbüsü kimi istifadəsi müzakirə olunub.

"Azərbaycanın PUA-lardan istifadə etməsi Ermənistanın "Pinaka" sistemlərini satın almasının əsas səbəbidir", - deyə qeyd edilib.

Bildirilib ki, aşağı qiymət və istifadənin sadəliyi də bu sistemləri Ermənistan üçün ideal varianta çevirib: "Ermənistan ordusu Rusiya istehsalı olan QRAD sistemindən istifadə etməyə vərdiş etdiyi üçün bu sistemlə asanlıqla tanış ola bilir".

Matrialda Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri Andranik Koçaryandan da sitat gətirilib. Belə ki, bu yaxınlarda Hindistanın adını çəkmədən Koçaryan bəyan edib ki, Ermənistana gətirilən yeni silahlar hazırda Ermənistan hərbçiləri tərəfindən sınaqdan keçirilir və nəticələr olduqca qənaətbəxşdir.

"Bizim mətbuat, xalqımız bütün günü müzakirə edir ki, hansı silahlar gətirilib, hansı ölkədən gətirilib, harada sınaqdan keçirilib. Müdafiə Nazirliyinin müvafiq bölməsi bu silahı sınaqdan keçirir və sınaqlar çox qənaətbəxşdir. Ölkələrin siyahısı müzakirə oluna bilər. Önəmli olan bu deyil, önəmli olan odur ki, bu istiqamətdə iş uğurla gedir", - Koçaryan deyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR