"İsrailin zəifliyi üzə çıxdı, dünya savaşı olacaq" - Serbiya prezidenti
06 noyabr, 2023 10:58
Yaxın Şərqdə hərbi münaqişələr dünya müharibəsi səviyyəsinə yüksələcək.
Bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"Qəzza zolağındakı münaqişə bütün dünyada, xüsusən də müsəlmanlar və yəhudilər arasında o qədər emosiyaya səbəb olur ki, diqqət oraya yönəlib və bütün nizam pozulur. Onlar bu dəfə gördülər ki, İsrail toxunulmaz deyil. Təl-Əviv problemləri tezliklə onu təhlükəyə atmayacaq şəkildə həll etməyə çalışır, məncə, bu, çox çətindir. Və hamı Yaxın Şərqdəki ən güclü qüvvənin zəifliyini gördü", - o bildirib.
Onun sözlərinə görə, çoxlu regional münaqişələr var, lakin bu, dünya müharibəsi deyil:
“Ancaq beynəlxalq ictimaiyyət artıq buna yaxınlaşır”.