"Ermənilər məndən Bakıya görə qisas alır" - Rusiyalı politoloq

15 noyabr, 2023 12:39

Putin prezident seçildikdən sonra son 24 ildə onun daimi və görkəmli tərəfdarlarından biri kimi tanınıram, Rusiya ordusuna və xüsusi hərbi əməliyyata fəal dəstək verirəm.

Bu sözləri tanınmış rusiyalı politoloq Sergey Markov özü barəsində şikayət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, o, hər zaman Rusiya Müdafiə Nazirliyi ilə fəal əməkdaşlıq edir:

“Bu, ola bilsin ki, kiminsə gündəmdə olmaq cəhdidir. Müasir dünyada belə olur. İkinci, çox ağlabatan versiya - Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi psixoloji əməliyyatlar mərkəzinin işinin nəticəsidir. Mənim Teleqram kanalım onların sevimli hədəflərindən biridir. Yalnız şərhlərə baxsaq, bu mərkəzin botunun mənfi şərhlərini hər paylaşımdan sonra görmək olar. İlk 5 dəqiqə ərzində, təxminən, 30 mənfi şərh gəlir”.

“Sergey Markov” Teleqram kanalının guya rus ordusunu gözdən salmaq cəhdləri ilə bağlı iddiaları absurd adlandıran rusiyalı politoloq bunun onu Azərbaycanın tərəfdarı hesab edən ermənilər tərəfindən həyata keçirildiyini də istisna etməyib:

“Digər versiya isə budur ki, bu, Paşinyanın, yaxud, Rusiya daxilindəki Ermənistan tərəfdarlarının işidir. Onlar məni Azərbaycanın tərəfdarı hesab edirlər. Baxmayaraq ki, mən obyektivlik və Rusiya rəhbərliyinin tərəfdarıyam. Bildiyiniz kimi, Rusiya rəhbərliyi Qarabağı həmişə Azərbaycanın bir hissəsi hesab edib. O cümlədən Kreml Azərbaycan Ordusunun Qarabağdakı antiterror tədbirlərinin tam qanunauyğun olduğunu tanıyıb.

Məlumdur ki, mənim mövqeyim həm Baş nazir Paşinyanı, həm də Rusiyadakı erməni tərəfdarlarını qəzəbləndirir. Vladimir Solovyovun məni tənqid etməyə çox vaxt ayırdığı da bəllidir. O da aydındır ki, erməni lobbisi məni müxtəlif strukturlarda bloklamağa, Rusiya kanallarında qara siyahıya salmağa çalışır ki, bu da Vladimir Putinin siyasəti ilə birbaşa ziddiyyət təşkil edir. Və bu, həmin qrupun oxşar fəaliyyətidir. Ola bilsin ki, belə bəyanatlar verməklə qisas almağa çalışırlar. Onlar vəkillər çağıra, prokurorlar cəlb edə bilərlər. Onların çox korrupsioner sistemləri var. Problem ondadır ki, Solovyov və Rusiya ilə Azərbaycan arasındakı dostluğa nifrət edən digər şəxslər mənə qarşı bəyanatlar verəcək və bəzi korrupsioner qurumları mənə hücuma cəlb edəcəklər. Bütün bunlar isə məndən qisas almaq və Rusiya ilə Azərbaycan arasında dostluğu pozmaq cəhdidir”(axar.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR