"Bu baş verməyənədək ABŞ-Azərbaycan münasibətləri normallaşmayacaq" - ABŞ dövlət katibinin köməkçisi

16 noyabr, 2023 11:12

“Birləşmiş Ştatlar Azərbaycana hərbi və digər yardımları dayandırdı, bəzi yüksək səviyyəli səfərləri ləğv etdi və Vaşinqton Bakıya işarə etdi ki, Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayınca ikitərəfli münasibətlər normallaşmayacaq”.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələrdə çıxışı zamanı deyib.

“Biz açıq şəkildə bildirdik ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə Azərbaycanla bağlı heç nə normal olmayacaq. Beləliklə, biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik, (Bakının) hərəkətlərini pislədik və vəziyyətin həqiqi yaxşılaşmasını görənə qədər imtina bildirişi (ABŞ-nin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtina – red.) verəcəyimizi gözləmirik”, - o bildirib.

Obrayen etiraf edib ki, Azərbaycan ABŞ-nin diqqətinə Ermənistana güc tətbiq etmək kimi planlarının olmadığı barədə məlumat çatdırıb.
“Bakıdakı hakimiyyət bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur. Biz qoşunların hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti diqqətlə izləyirik. Qeyd etdiyim kimi, biz onlara dedik ki, sülh sazişi yarımçıq qaldığı halda, prosesin həmişəki vəziyyətinə qayıtmaq şansı yoxdur”.

ABŞ dövlət katibinin köməkçisi bildirib ki, yaxın bir neçə həftə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacaq:

“Növbəti bir neçə həftə tərəflərin niyyətlərdən razılığa keçməyə hazır olub-olmadığını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda “bəli” alınacaq ən çətin cavabdır”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR