Azərbaycana nə lazımdır? - ABŞ "demokratiya"sı, yoxsa müstəqillik…

21 noyabr, 2023 12:26

Bu günə qədər ABŞ-Azərbaycan arasında gərginləşən, bir müddət sonra isə pozitiv mərhələyə adlayan münasibətlər dalğası dəfələrlə müşahidə olunub. Amma bu dəfə situasiya fərqlidir.

Azərbaycan "Qarabağın açarı"nı Rusiyadan almağı necə bacarmışdısa, Qərb dövlətlərindən, eləcə də, ABŞ-dan qarşılıqlı öhdəliklərlə zəngin "razılıq paketi" əldə etməyə də nail olmuşdu. Gərginləşən ABŞ-Azərbaycan münasibətləri hər nə qədər arzuolunan hesab olunmasa da, bu, ilk növbədə Azərbaycanın qonşu ölkələrlə mehriban və strateji qonşuluq siyasətini möhkəmləndirmiş olacaq. ABŞ-ın aqressiyası artdıqca İran-Azərbaycan arasında müsbət dinamikanın müşahidə olunacağı şübhə doğurmur. İran XİN-in “ABŞ regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən öyrənməlidir” bəyanatı ABŞ-ın Azərbaycana qarşı total hücumları ərəfəsində ortaya qoyulan mövqedir.

ABŞ-ın əsas tələbləri sırasında:

"Ermənistanla bağlanmalı olan sülh müqaviləsi Rusiyanın effektiv təsiri altında imzalanmamalıdır, müqavilə daha çox Qərbin müəyyənləşdirdiyi şərtlər çərçivəsində reallaşmalıdır" (bütün istiqamətlərdə Rusiyadan tədricən imtina siyasəti aparılmalıdır),

"Rusiya sülhməramlıları Qarabağdan çıxmalı, yerinə Fransa və digər ölkələrə, BMT-yə məxsus hərbi birləşmələr sərhəddə gətirilməlidir" (Əslində isə ABŞ Rusiyanın ətrafında həlqə formalaşdırmağa çalışır, Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda hərbi mövcudluğunu formalaşdıra bilmir, BMT adı altında Suriya, İraq və Əfqanıstanda təcrübə qazanmış hərbçilərini regiona gətirmək istəyir) və s. məsələlər yer alır.

Heç şübhəsiz ki, Azərbaycanın təmsil olunduğu yeni uçbucaq var - Azərbaycan-Rusiya-Türkiyə! Qarabağın işğaldan azad edilməsinin əsas təminatçı missiyasını həyata keçirən əsas faktorlardan biri məhz bu birlik, Rusiya-Türkiyə yaxınlaşması idi. Hazırda Türkiyə həlledici məqamlarda NATO-dan imtina etmiş durumdadır, bütün strateji planlarını Rusiyanın dəstəyi ilə reallaşdırır. ABŞ-ın Yaxın Şərq siyasətində əhəmiyyətli rol oynayan Türkiyənin hazırkı mövqeyi ABŞ üçün həyati dərəcədə itkidir. Bir neçə il sonra Türkiyə-Azərbaycan münasibətlərinin necə cərəyan edəcəyi ilə də bağlı tam, təhlükəsiz, birmənalı və zəmanətverici bir fikir yoxdur. İran da ABŞ-la düşməndir, çıxarları çərçivəsində (ABŞ-ın bölgəyə buraxılmaması) ölkəmizlə əlaqələri formalaşdırmağın tərəfdarıdır. Qonşu olduğumuz üç böyük ölkə - Rusiya, İran və Türkiyə müxtəlif cəbhələrdə ABŞ-a qarşı döyüşür. Rusiya və Türkiyə strateji müttəfiqlərimizdir. Belə olan halda Azərbaycanın hansı doğur qərarlar verəcəyi bəllidir.

Görünən budur ki, II Qarabağ savaşından sonra tərəfsizlik nümayiş etdirmək xeyli çətinləşib. Artıq seçim etməyin zamanı çoxdan çatıb və Azərbaycan öz qonşu dövlətləri kənara qoyub okeanın o tayından "iqtisadi inkişaf", “demokratiya” vəd edən ABŞ-a yön ala bilməz. Bəs, sabitlik, təhlükəsizlik, asayiş, suverenlik?! ABŞ “demokratiya”sının daxil olduğu bütün ölkələr bundan məhrum ediliblər. İndiyə qədər ABŞ-ın vəd etdiyi "demokratiya və inkişaf"ı sevinclə qarşılayan heç bir ölkədə sabitlik, tərəqqi bərqərar olmayıb. ABŞ heç vaxt öz ölkəsindəki maaşı, elmi-texniki təcrübəni Azərbaycana ixrac etməyəcək.

Sərhəd olduğumuz 5 dövlətdən 3-ü - Rusiya, Türkiyə və İran böyük dövlətlərdir, onlar dünyanın taleyində həlledici rola malik ölkələr sırasında yer alırlar. 2-si isə - Gürcüstan və Ermənistan yanlış seçimlərinin qurbanına çevriliblər. Biri torpaq itirib, o biri isə işğal etdiyi ərazilərdən bədnam şəkildə məhrum olub. Bu ölkələr "demokratiya" vədinə ölkənin iqtisadiyyatını, təhlükəsizliyini, sabitliyi və bundan sonrakı perspektivlərini qurban veriblər. Azərbaycanın əsas hədəflərindən biri Ermənistanla bərabər Gürcüstanın da “udulması” olmalıdır.

ABŞ “narahatlığını” fərqli ritorika ilə də ifadə edir: Azərbaycan Ermənistana hücum edərək anklavları qaytarmağı və Naxçıvanla qərb rayonlarını birləşdirmək niyyətindədir. Əslində bu narahatlığın kökündə Rusiyanın, məhz Rusiyanın Ermənistana müdaxiləsinin görünən perspektivləri dayanır. Vaşinqton başa düşür ki, Ukrayna müharibəsindən sonra Rusiya Ermənistanı orbitə tam şəkildə daxil etmək üçün bütün mümkün vasitələrdən istifadə etmək iradəsini ortaya qoyacaq.

ABŞ “demokratiyası” ölkəmizə nə vəd edir?

- Azərbaycanda inqilab ssenarisi işə düşəcək

- Rusofobiya inkişaf etdiriləcək və bununla da, gələcəkdə Rusiyanın Azərbaycana müdaxiləsi üçün zəmin yaranmış olacaq

- "Azad seçki" adı altında marionet namizəd formalaşdırılacaq

- LGTB-nin yayılması, onların dövlət orqanlarında, seçkili qurumlarda təmsilçiliyi təmin ediləcək

- Narkotik maddələrin dövriyyəsi daha da artacaq, satışı açıq şəkildə, apteklərdə (dozalı) həyata keçiriləcək, insanların qida rasionuna çevriləcək

- Fahişəliyə görə vergi qanunu hazırlanacaq, rəsmi və icazəli fahişəxanalar formalaşdırılacaq

- Qərbə bağlı dini təriqətlər daha da aktivləşəcək, ölkə təkcə siyasi xaos meydanına deyil, həm də dini təriqətlərin poliqonuna çevriləcək

Bütün bu məkrli planlar Rusiyanın Azərbaycan siyasətində heç vaxt yer almayıb, bundan sonra da yer alası deyil.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR