Azərbaycanın qapılarını açıq saxlamayın! - Vətənin başladığı yerdən içəri daxil olan ateizm, eyş-işrət və əyləncə...

27 noyabr, 2023 13:33

Azərbaycanda ideoloji və elmi cəbhə tamamilə tərksilah olunub. İllərdir ölkənin ən istedadlı elm adamları ölkəni tərk edirlər, bu adamların ölkəyə qayıdışını təmin etmək və beyin köçünün qarşısını almaq üçün heç bir addım atılmır. Əvəzində nə edirlər? Türkiyə elminin nəzəri manipulyatorları İlber Ortaylı və Celal Şengörün Bakıda “elmi-ateizm şou”ları təşkil olunur. Hər iki alim öz ölkəsi üçün çox işlər görüb, qalaq-qalaq kitablar yazıblar, amma bu adamların Bakıda “nəzəri ateizm şouları”ndan başqa bizə verə biləcəyi heç nə yoxdur. İndi kim, kimə ateizmdən dərs deyir? Azərbaycanda elmi-ateizm təşəkkül tapanda Türkiyədə ateist fikir söyləyənləri dar ağacından asırdılar. Bu gün Azərbaycanda fəlsəfənin, elmi-atezmin elə nümayəndələri var ki, İ.Ortaylı və C.Şengör onlarla bircə saat müzakirə apara bilməz. Ümumiyyətlə, hər mövsümdə Bakıya təşrif buyuran İ.Ortaylının və C.Şengörün vasitəsilə ateizmi təbliğ etmək hansı qüvvələrin marağındadır? Bu, bizə lazımdırmı? Pul qazanırlar, yaxşı biznesdir.

Ömrünün 50 ilini türkologiya elminə sərf edən Firudin Cəlilov da tələbələrlə eyni sırada oturub onlara qulaq asırdı. Düzdür, öyrənmək heç vaxt gec deyil. Amma F.Cəlilov kimi alimlərin “milli kimliyi” çoxdan yırtılıb. Ömrü boyu rus ideologiyasına qarşı mübarizə apardığını, türkçülüyü təbliğ etdiyini iddia edən F.Cəlilovun da, Azərbaycanın SSRİ işğalından xilas olunmasında ciddi rol oynadığını bildirən bu günün pullu, vəzifəli xalq hərəkatçılarının hamısının nəvə-nəticələri də rus bölmələrində təhil alı(b)rlar. Kimi dolamısınız?!

X.R.Ulutürk və eyni qəbildən olan vətənpərvər şairlərin, alimlərin, yazıçı-publisistlərin əsas işi gücü Vaşionqtonun (bildirirlər ki, bu şəhərin əsası qədim türk “vəşinq” tayfaları tərəfindən əsası qoyulub), Kremlin (bünövrəsi Kərimli tərəfindən qoyulubsa, deməli, Moskva da bizimdir), Londonun (qədim türk tayfalarında hərbi rütbə olduğu iddia olunur) bizə aid olduğunu sübut etmək olub.

Azərbaycan yazıçısı Anarın əli ilə katibəyə, sürücüyə mənzil verib onu urvatdan salırsınız (o, onsuz da urvatsızdır), başqa bir ölkənin yazıçısını isə gətirib “şou”lar təşkil edirsiniz. Məqsədiniz nədir?

Kriminal hadisələrə azacıq “ədəbi” don geyindirib psevdodetektiv əsərlər yazan Ç.Abdullayevi yazıçısı kimi bəyənməmək olar. Bu adam 600-dən çox kitab yazıb, bu zırpılıqda kəmiyyətin içində keyfiyyət tapmağın “Azəryolservis”in rəhbəri Saleh Məmmədovun fəaliyyətində şəffaflıq tapmaq qədər çətin və müşkül məsələ olduğunu başa düşürəm. Çingiz Abdullayev Azərbaycan ədəbi vitrinində çoxdan oturub, istəsək də-istəməsək də... Zövqü balta kəsməyən, inzibati oxucular sayəsində o, həmişə oxunacaq. Ç.Abdullayev də müzakirə oluna, tənqid edilə bilər.

Amma ölkə mediasının abort olunduğu bir ərəfədə ortaya çıxan hansısa süni “jurnalist” ona qiymət verərək əsərlərini “zir-zibil” adlandırırsa, bu, pis nümunədir, ictimai cinayətdir. “Azərbaycan millisi”nin impotent oyunundan kayf tutan sıravi azarkeş gözəllik salonunda oturub Pelenin, Maradonın, Ronaldonun, Messinin vurduğu qolları təftiş edirsə, bu, səfehlikdir, təsadüfən ekstaza gəlməkdir.

Mən 3 ildir arzu edirəm ki, qardaş Türkiyə dövləti özünün yüksək elmi-texnoloji biliklərini, laboratoriyalarının nüsxələrini Azərbaycana ixrac etsin. Əvəzində müğənni Tarkan və sevgi serialları gəlir. Tarkanın konsertinə 20 min insan bilet alıb. Arxa yerlər üçün 70 manata, VİP yerlər üçün 350 manata satılan biletlər üçün ortalama qiymət çıxarsaq, 4 milyon manat pul edir. Müğənni bu pulun neçə faizini öz ölkəsinə aparıb? Ateizmi, eyş-işrəti, çal-çağırı təbliğ etməkdə məqsədiniz nədir?!

Açığı, mən heç vaxt düşünməmişəm ki, II Qarabağ müharibəsi zamanı əldə olunan qalibiyyət cəmiyyətimizin oynaq xarakterinə ciddilik qata bilər.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR