ABŞ Azərbaycanda sabitliyi pozmaq istəyir: "FETÖ" projesi... - Vaqif Abdullayev yazır...

30 noyabr, 2023 13:57

ABŞ-ın bir sıra ölkələrdə sabitliyi pozmaq, insanlar arasında çaxnaşma və qanlı qarşıdurmalar yaratmaq, dövlət çevrilişi etmək cəhdlər ilə çox rastlaşmışıq. Son illərdə Amerika öz universitet və tədris müəssisələrində yetişən, kurs keçən “kadrlar”ı da bu prosesə cəlb edir. Bunun ən böyük nümunəsini qardaş Türkiyədə FETO-nun timsalında gördük.

ABŞ-ın ali təhsil ocaqlarında yetişdirilən həmin “mütəxəssislər” - FETO şəbəkəsi dövlətin ən yüksək qollarına, hətta Orduya və milli təhlükəsizlik orqanlarına qədər yerləşdirilmişdi. Onlar vətəni sataraq 2016-cı ildə Türkiyəni qana buladı, yüzdən artıq dinc insanı öldürdü, dövlət və inzibati binaları bombaldı. Şükürlər olsun ki, qardaş ölkə belə bir müasir terrorçu zehniyyətin əlinə keçmədi, onlar layiqli cəzaları aldılar.

İndi buna oxşar şəbəkə Azərbaycana aranı qatmaq istəyir, ABŞ-ın müxətlif təhsil ocaqlarının məzunu olan agentura şəbəkəsi - FETO-nin başqa bir qanadı əl-qol açıb. Vaxtilə İran və İraqda da dini təhsil almış şəxslər var idi ki, dövlətçiliyimizə xəyanət edirdilər. Ona görə də ən düzgün yol milli təhsilimizə güvənmək, öz təhsilimizi inkişaf etdirməkdir.

Sözsüz ki, Amerikanın nüfuzlu ali məktəblərini bitirmiş 10-lara milli vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq kadrlar var ki, onlar hazırda yüksək dövlət orqanlarında çalışırlar.

Xatırlayırsınızsa, 3 ay öncə Azərbaycan hüquq-mühafizə orqanları FETÖ-nün Azərbaycandakı agentləri olan Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan və Anar Əliyev adlı şəxsləri həbs etmişdi. Onların sırasında Qubad İbadoğlunun adı isə çoxlarına tanışdır. Daim Azərbaycanın uğurlarını gözdən salan bu şəxslərin ABŞ-ın Pensilvaniya ştatına səfərləri və Fətullah Gülənlə görüşləri, təlimat almaları araşdırmalar nəticəsində öz təsdiqini tapdı.

Yəni, anti-Azərbaycan ideologiyası altında hazırlanmış çoxlu sayda məzun vardır ki, onlar FETO-nun yeni layihəsi olan agentura şəbəkəsinin üzvləridir. Bu şəxslər ABŞ-ın USAİD, “Freedom Now”, “New Democracy Fund” və digər təşkilatların qrantları ilə Azərbaycanda sabitliyi pozmaq, vətəndaş qarşıdurması yaratmaq təlimatları alıblar. Bu günlərdə həmin şəbəkənin üzvü olan “media orqanları”nda aparılan axtarışlar, ABŞ səfirliyinin təşkilatçılığı ilə agenturanın gizli görüşününn ifşa olunması da bunu təsdiqləyir.

Məsələ ondadır ki, Xankəndidəki erməni terrorizminin kökünü kəsdikdən sonra Azərbaycana qarşı belə hallar çoxalıb. Amerika və Fransanın qərəzli və riyakar addımları, Azərbaycana qarşı ədalətsiz 907 qəpik dəyəri olmayan 907-ci düzəlişin qüvvəyə minməsi də məhz bir mərkəzdən idarə olunan ssenarinin tərkib hissəsidir.

Paris və Vaşinqton anlamır ki, Azərbaycana qarşı bu cür çirkin planların baş tutması qeyri-mümkündür. Cənab İlham Əliyevin bəyan etdiyi kimi heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycanın dövlət başçısı hədsiz dərəcədə prinsipial və qətiyyətlidir, siyasi xəyanəti heç vaxt bağışlamır. Heç bir qüvvə, güc mərkəzi Onun Ali qətiyyətinə təsir göstərmək olməz!

Artıq ABŞ və Avropa İttifaqı artıq səhvlərini başa düşərək Azərbaycana qarşı yanlış ritorikaya son qoymağa çalışır. Noyabrın 27-də Cənab Prezidentə telefon zəngi edən ABŞ-nin dövlət katibi Antoni Blinkenin Vaşinqtonun səhvlərini etiraf etməsi də bunu göstərir. Prezident İlham Əliyev geridönməz şərtlərini masaya qoydu və münasibətləri normallaşdırılmaq üçün Birləşmiş Ştatların dövlət nümayəndələrinin səfərinin yalnız bundan sonra mümkünlüyünü xatırlatdı. Blinken bu şərti qəbul etməklə Vaşinqtonun səhv yoldan geri çəkiləcəyinə təminat verdi. Bu, İlham Əliyevin dəmir iradəsinin bir daha ifadəsidir.

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR