"Azərbaycanın maraqlarına cavab verməyən istənilən təklifimiz kağız parçasıdır" - Erməni politoloq

16 dekabr, 2023 11:33

“Azərbaycan-Ermənistan sülh danışıqları prosesində vasitəçilərə etibar etmək düzgün olmazdı. Ermənistan tərəfinin bu cür ifadələri erməni diplomatlarının təcrübəsizliyindən xəbər verir”.

Bu sözləri politoloq Artur Martirosyan “Sputnik Ermənistan”a müsahibəsində deyib. 

O bildirib ki, bir qayda olaraq, vasitəçilər tərəfləri üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə məcbur edəcək səlahiyyət və gücə malik olmalıdırlar:

“Hazırda belə bir güc yoxdur. Üstəlik, Ermənistan Azərbaycanla danışıqlara vasitəçilərin iştirakı ilə gedir. Bu da o deməkdir ki, danışıqlar prosesində dominant tərəf Ermənistan deyil. Dominantlıq edə bilməyənin isə vasitəçilərə və yaxud “qarant” tərəfə təzyiq etmək imkanı yoxdur. Üstəlik, hansısa ədalətli arbitrajdan söhbət gedə bilməz. Bu gün hər bir vasitəçinin öz maraqları var. Vasitəçiyə deyə bilərsiniz ki, müqavilədə öhdəliklərin yerinə yetirilməməsinə görə hansısa sanksiyalar olsun. Lakin ilk növbədə bu təklifi qarşı tərəf qəbul etməlidir. Ona görə də mənim üçün təsəvvür etmək çətindir ki, Azərbaycan Ermənistanın bu cür təklifini qəbul etsin. Buna heç bir şübhə yoxdur. Ümumiyyətlə, bir kağız parçası ilə sülhü təmin edə bilməzsiniz. Beynəlxalq münasibətlərdə bu mümkün deyil. Güclər balansı pozulduqda vəziyyət dəyişir, razılaşmalar işləmir. İndiki vəziyyətdə danışıqlarda diktə edən tərəf Azərbaycandır. Azərbaycanın maraqlarına uyğun olmayan istənilən təklif ancaq bir kağız parçası olaraq qalacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR