Rusiyaya yumurta idxalı Azərbaycanda bu məhsulu bahalaşdıracaqmı?

20 dekabr, 2023 17:42

Rusiya Federasiyasında bir müddətdir yumurta qıtlığı yaşandığı bildirilir. Bu məhsulun qiymətlərində də ilin əvvəli ilə müqayisədə 46 faizə qədər artım olduğu vurğulanır.

Rusiya ərzaq məhsulları istehsalçıları və təchizatçıları Assosiasiyasının (Rusprodsoyuz) məlumatına görə, ölkədə dekabrın 11-dən 17-dək (bir həftədə) yumurtanın orta pərakəndə satış qiyməti 12.8 rubl (24 qəpik) təşkil edib. Bu, 2013-cü ildən başlayaraq son 10 ilin rekordu sayılır.

Rusiya prezidenti Vladimir Putin bu vəziyyəti yumurtaya tələbatın artması, istehsalın isə təqribən əvvəlki səviyyədə qalması ilə izah edib.

Kənd təsərrüfatı naziri Dmitri Patruşev isə bir neçə gün əvvəl Rusiyaya Azərbaycan və Türkiyədən yumurta idxal olunacağını bildirmişdi. Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin (Rosselxoznadzor) yaydığı məlumata görə, proses artıq başlayıb və Azərbaycandan Rusiyaya 612 min ədəd yumurta idxal edilib.

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 2 milyard 100 milyon 200 min ədəd yumurta istehsal olunub. Bu da 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 9.9 faiz artım deməkdir.

İxraca gəlincə isə, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından "Turan"a bildirilib ki, hazırda Azərbaycandan Yaxın Şərq ölkələrinə – Qətər, Səudiyyə Ərəbistanı, İraq və digər ölkələrə yumurta ixrac edilir: "Yaxın Şərq ölkələri ilə birlikdə ümumi gündəlik ixrac imkanı 1.6 milyon ədəddir. Oktyabrın 1-dək olan statistik məlumata görə, Azərbaycan həmin ölkələrə 40 milyon ədəd yumurta ixrac edib".

Assosiasiyadan qeyd olunub ki, Azərbaycanda gündəlik yumurta tələbi 3.5 milyon ədədə yaxındir, gündəlik istehsal isə 5 milyon civarındadır: "Ona görə də hər hansı qıtlıqdan söhbət gedə bilməz. Rusiyaya da yumurtanın ixracı daxili bazara heç bir təsir göstərməyəcək".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov AzadlıqRadiosuna bildirib ki, Rusiya bu ilin 10 ayı ərzində keçən ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox yumurta istehsal edib: "İş burasındadır ki, onlarda son zamanlar yumurtaya tələbat artıb. Rusiya adambaşına normadan çox yumurta istehlak edir. Norma ilboyu adambaşı 290 ədəd yumurta olduğu halda, onlar 350 yumurta istehlak edirlər. Bunun da əsas hissəsini Rusiya özü istehsal edir və az bir hissəsini Belarusdan idxal edirdi. İndi isə tələbat artdığına görə Azərbaycan və Türkiyədən idxala başlayıb".

Ekspertin fikrincə, Azərbaycanda reallıqda məsələ ilə bağlı vəziyyət heç də ürəkaçan deyil: "Azərbaycan özünün yumurtaya olan tələbatını cəmi 60 faiz təmin edir. Yəni, il ərzində adambaşına norma 290 ədəd olduğu halda, Azərbaycan 190-200 ədəd istehsal edir. Azərbaycan özünü beynəlxalq normaya uyğun olaraq yumurta ilə təmin etmədiyi bir halda, Rusiyaya yumurta göndərirsə, bu, bahalaşmaya səbəb ola bilər".

V.Məhərrəmovun sözlərinə görə, Rusiyada yumurtanın qiyməti qalxdığından Azərbaycandakı bəzi işbazlar fürsətdən istifadə edib daha çox pul qazanmaq istəyirlər: "Çox təəssüf ki, bu ixracdan məmur-oliqarxlar bəhrələnəcək. Yumurta istehsalçıları fayda əldə etməyəcəklər. Azərbaycanda isə artıq yumurta qiyməti yavaş-yavaş qalxır. Dünən mən müşahidə apardım, artıq 2 qəpik artım var və bu, gedə-gedə arta bilər. Əgər hökumət yumurta ixracının qarşısını almasa, Azərbaycanda yumurta qiyməti artacaq".

Bakıda broyler yumurtası son günlər 16-17, kənd yumurtası isə 35-40 qəpiyə satılır. Son həftələr kənd yumurtasının təqribən 30 faiz bahalaşdığı bildirilirdi.

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi