"Qəzzada müharibəni uduzmuşuq" - İsrail qəzeti

25 dekabr, 2023 12:59

"Biz qalib gələ bilyəcəyik. Oktyabrın 7-də İsrail torpağında milli ev hüququmuz uğrunda Qəzza zolağındakı indiki müharibəni uduzduq".

Bu barədə İsrailin "Haaretz" qəzetində dərc olunan məqalədə bildirilir.

Qəzet yazır ki, yerüstü əməliyyatların hər əlavə günü yalnız uğursuzluğu artırır:

“Bu dəhşətli müharibə başa çatdıqda, İsrail barbar HƏMAS-ın hücumundan dərhal sonra olduğundan daha pis vəziyyətə düşəcək. Bəs bu uğursuzluq yaxşı bir şey gətirə bilərmi? Bəlkə İsrail-Fələstin münaqişəsinin sonu gələcək?

Oktyabrın 16-da Hərbi Kabinet müharibənin məqsədlərini açıqladı: Qəzza zolağında HƏMAS-ın hakimiyyətinə son qoymaq və onun hərbi imkanlarını məhv etmək; Qəzza zolağından İsrailə qarşı terror təhlükəsini aradan qaldırmaq; girov problemini həll etmək və İsrail sərhədlərini və vətəndaşlarını qorumaq üçün hər cür səy göstərmək. Müharibə bitəndə biz bu məqsədlərin heç birinə nail olmamış olacağıq".

"Haaretz" yazır ki, rəy sorğuları İsrailin Qəzza zolağındakı hərəkətləri HƏMAS-ın təkcə burada deyil, həm də İordan çayının qərb sahilindəki fələstinlilər arasında statusunu gücləndirir:

"HƏMAS-ın Qəzza zolağında olmasını istəməyənlər indi onunla Fələstin Muxtariyyətində də qarşılaşacaqlar.

Girovlara gəlincə, bir çoxlarının onları azad etmək üçün ən yaxşı cəhd adlandırdığı addımlar yalnız qismən uğur qazandı: girovların yarısından azı azad edilib. Hər gün əlavə döyüşlərin baş verməsi əsirlikdə qalanların əksəriyyətinin həyatını riskə atır. Əgər onların azad edilməsi ilə bağlı razılıq əldə olunarsa, biz nəinki İsraildə saxlanılan bütün fələstinliləri, o cümlədən əlləri qanlı olanları azad etməli olacağıq, həm də qoşunlarımızı geri çəkməli və müharibəni dayandırmaq öhdəliyi götürəcəyik".

Qəzet yazır ki, HƏMAS liderləri axmaq deyillər və daha az şeylə kifayətlənməyəcəklər:

"Bu sövdələşməyə sponsorluq edən dostlarımız İsrailin daha sonra hücumlarını bərpa etməyəcəyinə dair zəmanət verməli olacaqlar.

İsrailin beynəlxalq nüfuzu artıq heç vaxt olmadığı qədər aşağı həddə çatıb. Bu, təkcə onun dostları ilə, xüsusən də ABŞ-la əlaqələrini deyil, həm də bütün dünyadakı yəhudi icmalarını təhlükə altına alı. Regiondakı digər ölkələr arasında da mövqelərimiz kəskin şəkildə pisləşib".

"Hizbullah"ın bizə hücum etməkdən çəkindiyi ehtimalının əksinə olaraq, geri çəkilən İsraildir. Onun "Hizbullah" qarşısında zəifliyi ABŞ prezidenti Co Bayden vəziyyəti anlayanda və sürətlə Aralıq dənizinə böyük hərbi qüvvə yerləşdirəndə tam təsdiq olundu."

Qəzet yazır ki, Amerikanın bu addımına baxmayaraq, İranın nəzarət etdiyi qüvvələr problemlər yaratmağı bacarır. "Hizbullah" on minlərlə şimali israillini öz ölkəsində qaçqına çevirdi, cənubda isə Yəməndəki husilər İsrailin dəniz əlaqələrini kəsməyə müvəffəq oldular:

"Beləliklə, İsrail 1956 və 1967-ci illərdə müharibə üçün əsas hesab etdiyi şeyi qəbul etmək məcburiyyətində qaldı.

Fələstinlilərin İsrailin cənubundakı icmalara vəhşicəsinə hücumuna haqq qazandırmadan, biz bunu İsrail torpağında yəhudi xalqının mövcudluğuna qarşı onların amansız milli mübarizəsinin hazırkı zirvəsi kimi görməliyik.

Mövcud müharibənin daha böyük zorakılıq hadisələrinin başlanğıcına çevrilməməsini təmin etmək və yəhudi xalqının İsrail torpağında milli haqqını qorumaq üçün Fələstin müqavimətinin mövcudluğuna son qoymağı özümüzün ən yüksək strateji siyasi məqsədi kimi müəyyənləşdirməliyik.

İsrailin Məsihçi hərəkatı "Allahın köməyi ilə" bütün fələstinliləri Qəzza danvə İordan çayının qərb sahilindən qovmaq məqsədinə çatacağına ümid edir. Onun fikrincə, Qəzza zolağında kütləvi şəkildə ölənlərin sayı və İordan çayının qərb sahilində polis və ordunun himayəsi altında baş verən iğtişaşlar fələstinliləri İsrailin nəzarəti altında olan ərazilərdən mühacirət etməyə “meyilləndirmək” məqsədi daşıyır. Bu, 5 milyona yaxın fələstinlinin etnik təmizlənməsi demək olacaq.

Bununla belə, on minlərlə fələstinlinin öldürüldüyünü və yaralandığını, dəhşətli ölçülərə çatan maddi və humanitar dağıntıları nəzərə alaraq, İsraili Qəzza zolağında müharibəni tezliklə dayandırmağa məcbur edəcək sülhün münaqişənin həllinə imkan verəcəyini təsəvvür etmək çətindir.

İsrail fələstinlilərin suveren, müstəqil dövlət hüququnu tanımağa, Birləşmiş Millətlər Təşkilatının qətnamələri və Səudiyyənin sülh təşəbbüsü əsasında münaqişəyə son qoymaq üçün seçdikləri rəhbərliklə danışıqlar aparmağa məcbur olacaq”(bakupost.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR