2 ay əvvəl yaranan şirkətlər tenderlərdə necə qalib olurlar? - Şübhəli məqamlar

02 yanvar, 2024 12:47

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 49 min 493 manat 18 qəpik olan tender müsabiqəsinin qalibi “Sayllon az” MMC (VÖEN - 1203458101) olub.

“Sayllon az” MMC Əkinçilik Elmi-Tədqiqat İnstitutunun sifarişilə bu quruma kimyəvi maddələr, reaktivlər və markerlər satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Sayllon az” MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Murad Əkbər oğludur.

Tender müsabiqəsinin maraqlı və qəribə tərəfi odur ki, qalib şirkət – “Sayllon az” MMC tender müsabiqəsinin başlamasından cəmi 2 ay əvvəl dövlət qeydiyyatına alınıb.

Tender müsabiqəsi 2023-cü ilin 4 dekabr tarixində başlayıb, tenderin qalibi olan “Sayllon az” MMC isə 2023-cü ilin 2 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 2 ay əvvəl yaranan şirkətin xüsusi peşəkarlıq və təcrübə tələb edən tender müsabiqəsində (kimyəvi maddələr, reaktivlər və markerlər) qalib olması başa düşülən deyil.

“Sayllon az” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. 50 min manat dəyərində tender udan şirkətin nəinki rəsmi saytı, hətta sosial şəbəkə hesabı belə yoxdur.

Onu da bildirək ki, cəmi 2 ay əvvəl təsis olunan “Sayllon az” MMC artıq 3 tender müsabiqəsində qalib olmağı bacarıb. MMC qeydiyyatdan keçdikdən təxminən ay yarım sonra Audiovizual Şuranın keçirdiyi 14,8 min manatlıq, Mərkəzi Seçki Komissiyasının isə 24 min manatlıq (60 ədəd müdür kreslosu) tender müsabiqəsində qalib olub.

“Sayllon az” MMC ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, şirkətin qanuni təmsilçisi Həsənov Murad Əkbər eyni tarixlərdə fərqli ünvanlarda qeydə alınan daha 2 MMC-yə rəhbər təyin olunub.

Bunlardan biri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Eldar Xəlilov ev 3-də qeydiyyata alınan “Kaskad-Den Group” MMC (VÖEN – 1806467141), digəri isə Nərimanov rayonu Əhməd Rəcəbli ev 57-də qeydiyyata alınan “Akasiya RR Corp” MMC (VÖEN – 1506535021) olub.

Murad Həsənovun rəhbərlik etdiyi “Kaskad-Den Group” MMC-də 2 ay əvvəl qeydiyyata alınmasına baxmayaraq 3 tenderdə qalib olub. Bu MMC Kənd Təsərrüfatı Nazirliyinə 22 min 760 manatlıq bioloji aktivlər, Mərkəzi Seçki Komissiyasının 3 min 280 manatlıq gübrə, Gənclər və İdman Nazirliyinə isə 19 min 270 manatlıq müxtəlif mallar satacaq.

Murad Həsənovun rəhbərlik etdiyi 3-cü şirkət - “Akasiya RR Corp” MMC isə Kənd Təsərrüfatı Nazirliyinin keçirdiyi 43 min 60 manatlıq tenderində də qalib olub.

Onu da bildirək ki, 2 ay ərzində 3 tenderin qalibi olan  “Sayllon az” MMC-nin qeydiyyatda olduğu ünvanda qısa müddətdə çoxlu sayda şirkətlər qeydə alınıb. Şirkət adlarındakı oxşarlıq da onlar arasında bağlılıq olduğunu göstərir. Məsələn, Murad Həsənovun qanuni təmsilçi olduğu Nərimanov rayonu Əhməd Rəcəbli ev 57-də qeydiyyata alınan “Akasiya RR Corp” MMC ilə Xəzər rayonu, Əli İsazadə (Binə qəs.), ev 23-də qeydiyyatda olan "Şəfəq RR Company” MMC (VÖEN – 1203483581) şirkətlərinin hər ikisinin adında “RR” var.

Bu şirkətlərin rəhbərləri də eyni zamanda başqa ünvanlarda qeydiyyata alınan bir-neçə şirkətə rəhbərlik edirlər və yeni yaranmalarına baxmayaraq çoxsaylı tenderlərdə qalib olublar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR