Nazirlik yenə yemək şirkətinin rəhbərindən əlil və şəhid ailələri üçün mənzillər alır

06 yanvar, 2024 14:10

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi fiziki şəxs Əlisoy Natiq Hüseyn oğlu (VÖEN – 0800049862) olub.

Tender müsabiqəsinin şərtlərinə görə Nazirlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzilləri Natiq Əlisoydan satın alacaq. Satın alınacaq mənzillərin qarşılığında Natiq Əlisoya 1 miyon 554 min 240 manat ödəniləcək.

Diqqət çəkən məqamlardan bir odur ki, Əlisoy Natiq Hüseyn oğlu eyni zamanda “Gulay-Food” MMC (VÖEN – 1602518151) adlı şirkətin qanuni təmsilçisidir.

Natiq Əlisoyun qanuni təmsilçisi olduğu və nizamnamə kapitalı cəmi 1 manat olan “Gulay-Food” MMC 2022-ci ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin keçirdiyi tenderdə də qalib olub. “Gulay-Food” MMC Sosial Xidmətlər Agentliyinə 2022-ci il ərzində hazır yeməklər satıb.

Onu da bildirək ki, açıq mənbələrdə nə “Gulay-Food” MMC, nə də Əlisoy Natiq Hüseyn oğlu barəsində hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Nazirliyə milyonlarla manat dəyərində yemək və mənzillər satacaq şirkətin və sahibkarın nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.

Məlumat üçün bildirək ki, 2022-ci ilin dekabr ayında da Natiq Əlisoy Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 3,2 milyon manatlıq tenderinin qalibi olub.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR