2024-də manat dollar qarşısında ucuzlaşa bilər?

09 yanvar, 2024 13:48

Ötən il manat dollar və digər xarici valyutalar qarşısında öz iqtisadi stabilliyini qoruyub saxladı. Başlıca olaraq ölkə daxilində infiliyasiyanın kəskin dərəcədə güclü olmaması və devalivasiya prosesinin baş verməməsi manatın başqa valyutalar qarşısında sabit qalmasını təmin etdi. 

Bir çox iqtisadçılar dünyada baş verən iqtisadi və siyasi proseslər, o cümlədən, müxtəlif qaynar nöqtələrdə davam edən silahlı münaqişələr səbəbindən 2024-cü ildə neftin ixracında və satış qiymətində kəskin azalma və ucuzlaşmanın özünü göstərəcəyini proqnozlaşdırır. Bəs görəsən ixrac gəlirlərinin böyük hissəsini neft və qaz satışından təmin edən Azərbaycanda sözegedən proqnozlardan asılı olaraq manatın dollar və digər valyutalar qarşısında ucuzlaşması gözlənilirmi? 

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda manatın dollar və digər valyutalar qarşısında məzənnəsinin inzibati qaydada tənzimləndiyini və ucuzlaşmanın Nazirlər Kabineti və Mərkəzi Bankın qərarından asılı olaraq baş verə biləcəyini bildirib.

“Azərbaycanda manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Mərkəzi Bank 2016-cı ildə üzən məzənnə rejiminə keçiləcəyini bəyan etsə də, bu baş tutmadı. İndiki iqtisadi sistemdə bu rejimin tətbiqi mümkün deyil. 

Manatın dollar və digər xarici valyutalar qarşısında ucuzlaşması və ya əksinə, bahalaşması ilə bağlı qərarı Nazirlər Kabineti və hökumət Mərkəzi Bankla birgə verə bilər. 

Düzdü, manat neftdən birbaşa olaraq asılıdır. Hətta obrazlı dillə desək, manat neftin kağız formasıdır. Təbii ki, neftin hasilatının azalması və qiymətinin düşməsi ümumi fonda ölkə iqtisadiyyatına öz təsirini göstərir. 

Ancaq bu il manatın dollar qarşısında ucuzlaşması ilə bağlı verilən proqnozlar real görünmür. Çünki bütün iqtisadi parametrlər, büdcə, xərcləmələr və gəlirlər 1 manat 70 qəpiklə hesablanıb. Həm də bu il bildiyiniz kimi, seçkilər ilidir. İl ərzində həm prezident, həm də parlament seçkiləri olacaq. Məzənnədə dəyişikliyə gedib manatı ucuzlaşdırmaq aydındır ki, kifayət qədər ciddi infiliyasiya və qiymət artımına səbəb olacaq addımdır. Seçki dönəmində manatla bağlı belə bir addımın atılacağı inandırıcı görünmür”(yenisabah.az).

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!