Son bir ildə 15,7 min şirkət yaranıb, amma işçi sayı 2,2 min nəfər artıb - Maraqlı statistika

19 yanvar, 2024 10:42

Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara görə 2023-cü ildə Azərbaycanda 16 min 439 yeni müəssisə yaradılıb, 738 müəssisə ləğv olunub.

Yeni yaradılan müəssisələrin 16 min 270-i, bağlanan müəssisələrin isə 545-i xüsusi mülkiyyətli müəssisələr olub.

Açıqlana statistika ilə bağlı diqqət çəkən məqam odur ki, son bir ildə xüsusi mülkiyyətli müəssisələrin sayı 15 727 vahid artdığı halda, qeyri-dövlət sektorunda işləyən muzdlu işçilərin sayı cəmi 2,2 min nəfər artıb.

Qeyd edək ki, 2023-cü ildə ölkədə orta sahibkarlıq subyektlərinin sayı 482 vahid, kiçik sahibkarlıq subyektlərinin sayı 1 398 vahid, mikro sahibkarlıq dubyektlərinin sayı 13 min 693 vahid artıb.

Onu da bildirək ki, mövcud qanunvericiliyin tələblərinə görə orta sahibkarlıq subyektlərində ən azı 51, ən çoxu 250, kiçik sahibkarlıq subyektlərində ən azı 11, ən çoxu isə 50, mikro sahibkarlıq subyektlərində isə ən azı 1, ən çoxu 10 işçi olmalıdır.

Ötən il ərzində orta, kiçik və mikro sahibkarlıq subyektlərinin sayının 15 min 573 vahid artdığını nəzərə alsaq, bu həm də ölkədə minlərlə yeni iş yerinin açılmalı olduğunu deməyə əsas verir. Lakin, qeyd etdiyimiz kimi, özəl sektorda işçilərin sayı cəmi 2,2 min nəfər artıb.
İşçi sayındakı artımla müəssisə sayındakı artım arasında bu cür uyğunsuzluğun hansı səbəbdən yarandığı barədə rəsmi açıqlama verilməyib. Ancaq, statistik göstəricilərdən belə nəticəyə gəlmək olar ki, mövcud müəssiələrdək işçi sayında ixtisarlar baş verib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR