DSMF-nin keçirdiyi tender müsabiqəsində şübhəli məqamlar

22 yanvar, 2024 13:40

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqəsinin qalibi “Entre” MMC (VÖEN – 1806256761) olub.

​​​​​​​DSMF Həsən bəy Zərdabi 80 ünvanında yerləşən inzibati binasının əsaslı təmiri üzrə layihələndirmə işlərinin satın alınmasına görə “Entre” MMC-yə 88 min 28 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, tender müsabiqəsi ötən ilin oktyabr ayında elan olunub. Müsabiqənin qalibi olan “Entre” MMC isə tender elanından 6 ay əvvəl – ötən ilin aprel ayında dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 10 manat olan MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin daha əvvəl hansı fəaliyyətinin olduğu barədə məlumat mövcud deyil. 88 min manatlıq tender müsabiqəsinin qalibi olan MMC-nin nəinki veb-saytı, heç sosial şəbəkə hesabları da yoxdur.

Xatırladaq ki, bu hal “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblərə uyğun deyil. Belə ki, həmin maddənin 23.4.-cü bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması lazımdır. Tender müsabiqəsindən cəmi 6 ay əvvəl yaranan şirkətin qeyd olunan tələblərə nrecə cavab verəcəyi başa düşülən deyil.

Tender müsabiqəsiylə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, DSMF daha əvvəl – 2023-ci ilin avqust ayında inzibati binasının əsaslı təmiri üzrə layihələndirmə işləri üçün tender müsabiqəsi keçirib. Tenderin qalibi “GENTECHS” MMC (VÖEN -2001394581) olub. Lakin, müqavilə imzaladıqdan 2 ay sonra – 2023-cü ilin oktyabr ayının 1-də müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında ləğv olunub.

Ləğv etməyə səbəb kimi “Dövlət satınalmaları haqqında” Qanunun 38.2-ci maddəsi göstərilib. Həmin maddədə göstərilir ki, tender komissiyası bu Qanunla müəyyənləşdirilmiş vəzifələrini yerinə yetirərkən qeyri-obyektivliyə yol verərək, hər hansı iddiaçının tərəfini saxlayarsa, iddiaçılardan hər biri müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilər. Həmin orqanlar tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyini təsdiqləyərsə, tenderin nəticələri ləğv olunur və satınalan təşkilat həmin iş üzrə yeni tender keçirir. Bu halda qəbul olunmuş qərardan fərqlənən xüsusi rəy vermiş komissiya üzvlərindən başqa, komissiyanın sədri və digər üzvləri 3 il müddətində hər hansı tender komissiyasının sədri və ya üzvü ola bilməzlər.

Onu da bildirək ki, nəticəsi ləğv olunan və yenidən keçirilən tender müsabiqəsi zamanı DSMF-nin məsul şəxsi Satınalmaların Təşkili və Təchizat departamentinin müdiri Zahir Əliyev olub.

Maraqlıdır ki, tenderin hazırlanması və keçirilməsi zamanı qanun pozuntusuna yol verildiyi halda (Maddə 38.2.) Zahir Əliyev öz vəzifəsini icra etməyə davam edib.

DSMF-nin mətbuat xidmətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, “Entre” MMC Fondla təkbaşına müqavilə bağlamayıb:

“Keçirilmiş satınalma əsasında Fondla adını qeyd etdiyiniz şirkət tək yox, konsorsium sazişi əsasında iddiaçı kimi qeydə alınmış və qalib gəlmiş “SS Proje” MMC və “Entre” MMC şirkətləri arasında 2023-cü ilin iyunun 13-də müqavilə bağlanıb. Sözügedən satınalma proseduru və bağlanmış müqavilə üzrə işlər davam etdirilir”.

Qeyd edək ki, dövlət satınalmaları portalında DSMF ilə müqavilə bağlayan şirkət kimi yalnız “Entre” MMC-nin adı qeyd olunub.
Zahir Əliyevin öz vəzifəsinin icrasına davam etməsi ilə bağlı sualımıza isə Fonddan hər hansı cavab verilməyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR