Avropa Şurası Parlament Assambleyasının qətnamə layihəsində Azərbaycanın səlahiyyətləri barədə nə deyilir?

24 yanvar, 2024 15:28

Yanvarın 24-də axşam Strasburqda Azərbaycan nümayəndə heyətinin Avropa Şurasında səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan qətnamə qəbul ediləcək.

Bu sənədin layihəsi Avropa Şurası Parlament Assambleyasının saytında dərc olunub. Oradakı yeddi bənddə deyilir ki, 25 yanvar 2001-ci ildə Avropa Şurasına qoşulan Azərbaycan Avropa Şurası Parlament Assambleyasının üzvünün qarşısına qoyulan öhdəliklərə əməl etməyə razılıq verib.

"Assambleya təəssüflənir ki, Avropa Şurasına daxil olduğu vaxtdan 20 ildən çox müddətdən sonra Azərbaycan əsas öhdəlikləri yerinə yetirməyib. Onun azad və ədalətli seçkilər keçirmək qabiliyyəti, hakimiyyət bölgüsü, qanunverici hakimiyyətin icra hakimiyyətinə qarşı zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarına hörmətlə yanaşılması məsələləri əvvəlkitək ciddi narahatlıq doğurur ki, Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarları və Hüquq Vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyasının (Venesiya Komissiyası) rəyləri bundan xəbər verir.

Qətnamənin dördüncü bəndində Dağlıq Qarabağdakı vəziyyət yada salınır. Xüsusilə, Əsasən, Laçın dəhlizində insan hüquqlarının pozulmasından və Avropa Şurası Parlament Assambleyasının "2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Dağlıq Qarabağın bütün erməni əhalisinin qaçışına səbəb olan hərbi əməliyyatını pisləməsindən" danışılır.

Qətnamədə ayrı bənd ilə siyasi məhbuslar problemi və hakimiyyətin Monitorinq Komitəsinin məruzəçilərini siyasi məhbuslarla görüşə buraxmaqdan imtina etməsi qeyd olunur.

“Avropa Şurası Parlament Assambleyası həmçinin təəssüf edir ki, onu qarşıdakı prezident seçkilərini müşahidə etməyə dəvət etməyiblər. Halbuki, Azərbaycanın belə dəvət göndərmək öhdəliyi var”.

Assambleya bu imtinaları "əməkdaşlığın olmaması" kimi qiymətləndirir və hakimiyyətin "Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər" üzrə məruzəçini ölkəyə buraxmaqdan imtina etməsini pisləyir. Məruzəçinin ölkəyə girişindən üç dəfə imtina edilib.

Avropa Şurası Parlament Assambleyası təəssüflənir ki, Miqrasiya, qaçqınlar və köçkünlər komitəsinin məruzəçisi regiona tanışlıq səfəri zamanı Azərbaycana dəvət olunmayıb və beləliklə, Laçın dəhlizinə gedə bilməyib.

"Ona görə də Assambleya Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməmək qərarına gəlir".

Yuxarıda göstərilən səbəblər aradan qaldırıldığında Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri bərpa edilə bilər.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR