Dolların real məzənnəsi 1,1 manat olmalıdır - "The Economist" nəşri

26 yanvar, 2024 13:50

Manatın dollar qarşısındakı real dəyəri hazırkı mübadilə məzənnəsindən daha yüksəkdir.

Məşhur “Big Mac” hesablamaları göstərir ki, dolların real məzənnəsi 1,1 manat səviyyəsində olmalıdır.

Qeyd edək ki, “Big Mac” indeksi Böyük Britaniyanın məşhur “The Economist” jurnalı tərəfindən 1986-cı ildən tərtib edilir. İndeks ABŞ-nin “McDonalds” şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur “Big Mac”adlı hamburgerinin qiyməti əsasında hazırlanır.

“The Economist” jurnalının rəhbərliyi bu qənaətdədir ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-birindən fərqlənmir və buna görə də “Biq Mak”ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-də satılan “Big Mac”ın qiyməti götürülür.

Əgər hər hansı ölkədə “Big Mac”ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə şişirdilib. Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır.

Əgər ölkədəki “Big Mac” ABŞ-dəki qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.

Məlumat üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən “McDonalds” restoranlarında satılan “Big Mac” hamburgerinin qiyməti mövcud məzənnə ilə hesabladığımız zaman 3,7 dollara (6,3 manat) bərabər olur.

“The Economist” jurnalının açıqladığı sonuncu “Big Mac” indeksinə görə ABŞ-də hamburgerin qiyməti 5,7 dollardır. Buradan belə görünür ki, Azərbaycanda hamburger ABŞ ilə müqayisədə 35% ucuzdur. Bu həm də o deməkdir ki, dolların manat qarşısındakı mövcud məzənnəsi də (1,7AZN/$) 35% “şişirdilib”.

“Big Mac” indeksinə əsasən hesablama aparsaq o zaman, dolların real məzənnəsi 1,1 manat (6,3/5,7=1,1) olmalıdır. Məlumat üçün bildirək ki, əvvəlki illərdə “Big Mac” indeksinə görə aparılan hesablamalarda dolların real məzənnəsinin manata nisbətdə daha aşağı olduğu qeydə alınıb. Məsələn, “Big Mac” indeksinə görə dolların real məznnəsi 2022-ci ildə 94, 2018-ci ildə isə 74 qəpik səviyyəsində olmalı idi.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR