Zelenski devrilir - Ukrayna hakimiyyəti "hərbi elita"ya ötürülə bilər

05 fevral, 2024 11:42

Fevralın 24-də müharibənin ikinci ili tamam olur. Müharibə aparan ölkənin - Ukraynanın hərbi rəhbərliyi ilə (V.Zalujnı) siyasi rəhbərliyi (V.Zelenski) arasında gərgin və çox pis münasibətlər hökm sürür. Ordu ilə siyasi hakimiyyət arasında dərin çatların yaranması ölkənin vəziyyətini daha da ağırlaşdıra bilər.

Proqnoz vermək çətindir, amma böyük ehtimalla, Ukraynada hərbçilər president V.Zelenskini devirəcəklər. Hətta Zalujnı vəzifəsindən kənarlaşdırılsa da, V.Zelenski bu prosesin qarşısını ala bilməyəcək. Bu çevriliş ssenarisinin müəllifi də məhz ABŞ olacaq. Müharibənin davam etməsində maraqlı olan ABŞ-ın Ukrayna siyasi hakimiyyətindən daha çox, ordunun komandanlığına etimadı böyükdür. Elə ictimai rəy də bu səpgidədir, V.Zalujnı ictimai rəydə V.Zelenskini üstələyir.

Hələ 2023-cü ilin noyabr ayında V.Zalujnı etiraf edirdi ki, “Ukrayna “dalana dirənib, Qərbin gözlədiyi nəticələr əldə olunmadı…”. Qərbin qoyduğu öhdəliklərin məsuliyyətini başa düşən V.Zalujnı real düşünməyi, fəal hərbi səfərbərlik modelini təklif edir, siyasi hakimiyyətin baş verən uğursuzluqları ört-basdır etməsini qəbul etmir. Amma V.Zelenski prezidentdir və onun hər hansı etirafı Qərbin, xalqın ona olan və çoxdan sarsılan etimadını daha da sıfırlaya bilər.

Məsələ bundadır ki, hazırda V.Zalujnı Ukrayna cəmiyyətində ciddi etimada sahibdir, Zelenskinin reputasiyasının aşağı düşməsi onun ictimaiyyət arasında nüfuzunun artmasına böyük təsir göstərib. V.Zalujnı ordudakı çatışmazlıqları, problemləri etiraf edir, V.Zelenskinin hərbi səfərbərlik və döyüş tapşırıqları ilə bağlı tələblərini doğru hesab etmir. V.Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Baş komandanıdır, o, ordunun uğursuzluqlarının səbəblərini daha əyani şəkildə görə bilir. Xüsusilə, 2023-cü ilin yay aylarında başlayan Ukraynanın əks-hüum əməliyyatlarının uğursuzluğunun səbəblərinin bir-birilərinin üzərinə atılması Zelenski-Zalujnı arasında bərpası mümkün olmayan xaotik münasibətlər formalaşdırıb. Ordu rəhbərliyi hesab edir ki, V.Zelenskinin başı Qərbdən, Aİ-dən daha çox pul yardımı almaq üçün çıxışlar etməyə qarışıb, çevik hərbi strategiya isə tamamilə unudulub. V.Zelenskinin “əsəbi qərarları” Rusiya ilə siyasi manevr imkanlarını da heçə endirib. Hərbi texnika, şəxsi heyət və onların təminatı sahəsində böyük problemlər öz həllini tapmır.

Dünən V.Zelenski İtaliyanın “Ra1” telekanalına müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Baş komandanını dəyişdirmək niyyətində olduğunu bildirib. Rusiya isə hesab edir ki, hər hansı dəyişiklik Zelenskinin özünün dəyişdirilməsi ilə bağlı qərara təsir etməyəcək, hətta ABŞ tərəfindən onun yerinə gətiriləcək müxtəlif namizədlərin - Zalujnı, Budanov, Yermak və Aretoviçin adlarını da çəkir. Müharibə davam etsə və ABŞ-ın növbəti prezidenti seçilənə zamana qədər V.Zelenski yola salınacaq.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR