Azərbaycan iqtisadiyyatında sıçrayış, yoxsa böhran...

14 fevral, 2024 15:06

Azərbaycanın iqtisadi artımının sürətində sıçrayış baş verdiyi bildirilir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, iqtisadi artım tempi son bir ayda 1.1 faizdən 5 faizə yüksəlib.

2024-cü ilin yanvarında ölkədə 9 milyard 131 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunduğu vurğulanır.

DSK-nın açıqlamasına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 12.3 faiz artıb.

İqtisadiyyat Nazirliyinin da yaydığı məlumata əsasən, ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb və yanvarda ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala investisiya qoyuluşları 37.4 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 34.1 faiz artıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Turana bildirib ki, sözügedən rəqəmlər ilin əvvəlində olan vəziyyətindən xəbər verən göstəricidir və il ərzində olacağı dinamikası barədə hələlik nəsə demək çətindir: “Daha real göstəricilər haqqında ilin ikinci yarısında danışmaq olar”.

Deputat qeyd edib ki, neft-qaz sektorunun azalması barədə proqnozlar var idi: “Maliyyə-iqtisadi blokunun nümayəndələri bunu qaz qiymətlərinin aşağı düşməsi ilə əlaqələndirirlər”.

O, hesab edir ki, yanvardakı sıçrayış 2023-cü ilin təsiridir.

R.Quliyevin sözlərinə görə, ötən il büdcə gəlirlərinin yarısı qeyri-neft-qaz sektorundan formalaşmışdı: “Biz düşünürük ki, bu il isə büdcə gəlirlərinin yarısından çox qeyri-neft-qaz sektorundan formalaşacaq. Bu mənada tendensiya davam edir. Bizim iqtisadi vektorumuz artıq bəllidir və biz daha çox qeyri-neft sektorunu inkişaf etdirəcəyik”.

Komitə üzvünün sözlərinə görə, Azərbaycan qeyri-neft-qaz sektorun ixracını daha çox inkişaf etdirmək lazımdır.

İqtisadçı Rəşad Həsənov isə bildirib ki, açıqlanan məlumatlar kifayət qədər limitlidir, amma qeyd olunan göstəricilər yüksəkdir: "Turizm sektoru iqtisadiyyatda öz payını artırıb və bu, yanvar ayı ərzində ölkəyə gələn turistlərin sayının artması ilə bağlıdır. Tikinti sektorunda isə daha çox işğaldan azad olunmuş ərazilərində infrastruktur layihələrinə dəstək göstərilir. Digər tərəfdən, sənaye məhəllələrində rezidentlər yeni fəaliyyətə başlayıb. Bu kimi faktorlar böyük ehtimalla yanvar göstəricilərini müəyyən mənada pozitiv istiqamətdə dəstəkləyib".

Rəsmi rəqəmlərə görə, hazırkı mərhələdə qeyri-neft sektorunun artması neft-qaz sektorunun azalmasını əvəz edə bilir. Ekspertin fikrincə, "bunun nə qədər davam edəcəyini demək çox çətindir, çünki mövcud oyun qaydaları ilə iqtisadiyyatın dəstəklənməsi bura qədərdir, buradan o tərəfə ciddi nəticələri gözləmək sadəlövhlük olar. Əgər radikal islahatlar olmasa, ciddi böyümədən danışmaq mənasızdır".

Başqa bir iqtisadçı Zöhrab İsmayıl da AzadlıqRadiosuna bildirib ki, yanvar ayının göstəriciləri bəzən aldadıcı ola bilər: "Azərbaycanda bu il bu qədər artım gözlənilmir. Problem ondan ibarətdir ki, Azərbaycanda neft-qaz sektoru kiçilir, neft hasilatı azalır, qaz hasilatı isə bir az artsa da, qiymətlər düşür və bu, neft sektorundakı itkiləri kompensasiya etmir".

Onun sözlərinə görə, qeyri-neft sektorunda artımı göstərsələr də, inflyasiyanın səviyyəsini nəzərə alanda bu, daha çox qiymət artımından qaynaqlanan artımdır: "2023-cü ildə işğaldan azad olunmuş ərazilər bərpa olunurdu. İndi də göstərilən iqtisadi artımının əsas səbəblərdən biri işğaldan azad olunmuş ərazilərdir, çünki orada artıq kənd təsərrüfatı ilə məşğul olanlar var və bu, 2021-ci ilə qədərki iqtisadi göstəricilərə əlavə olunur".

Amma Z.İsmayıl ümumilikdə qeyri-neft sektorunda ciddi artım olmadığını qeyd edir: "Əksinə, mən böhran görürəm. Bu böhran daha çox institusionaldır və iqtisadiyyatın neftdən asılı olmasının nəticəsidir. O özünü yaxın illərdə daha çox göstərəcək".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR