Putin üçün seçkiqabağı mühüm qələbə - Ukrayna qoşunları geri çəkildi

19 fevral, 2024 11:18

Bazar günü Rusiya ordusu Ukrayna qoşunlarının geri çəkilməsindən sonra strateji mövqeyə malik Avdiyevka şəhərini ələ keçirib.

Rəsmi Moskva şəhərə tam nəzarət etdiyini bildirir.

Qərb mətbuatı Avdiyevkanın ələ keçirilməsini "Rusiyanın 2023-cü ilin mayında Baxmut şəhərini ələ keçirməsindən sonra qazandığı ən böyük uğur" adlandırıb.

Müharibənin ikinci ilinin başa çatmasına az qaldığı bir vaxtda Rusiya Müdafiə Nazirliyi qoşunların 1000 km uzunluğundakı cəbhə xəttinin həmin hissəsində təxminən 9 km irəlilədiyini bildirib.

Ukrayna aylarla davam edən şiddətli döyüşlərdən sonra qoşunları tam mühasirəyə düşməkdən xilas etmək üçün əsgərlərini geri çəkdiyini açıqlayıb. Putin Avdiyevkanın süqutunu mühüm qələbə kimi qiymətləndirib və rus qoşunlarını təbrik edib. "Dövlət başçısı rus əsgərlərini bu uğur, mühüm qələbə münasibətilə təbrik edib", - Kremlin bəyanatında deyilir.

Ukrayna hakimiyyəti Avdiyevkada altı silahsız əsgərin və eyni bölgədəki kəndlərdən birində iki mülki şəxsin Rusiya qüvvələri tərəfindən atəşə tutulduğunu bildirib və hadisə ilə bağlı təhqiqat başladıb. Rusiya tərəfi hələlik məsələyə münasibət bildirməyib.

Rusiya bir vaxtlar Avropanın ən böyük zavodlarından biri hesab edilən Avdiyevkadakı koks zavodunda bəzi Ukrayna qüvvələrinin qaldığını açıqlayıb. “Şəhərin yaraqlılardan tamamilə təmizlənməsi və şəhəri tərk edən və Avdiyevka koks-kimya zavodunda qalan Ukrayna bölmələrinin qarşısını almaq üçün tədbirlər görülür”, - Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

Bu gün səhər saatlarında Rusiya dövlət xəbər agentlikləri şəhərdəki Koks və Kimya Zavoduna tam nəzarətin ələ keçirildiyini elan edib. Rusiya dövlət televiziyası Avdiyevkada Ukrayna bayraqlarının endirilməsini, koks zavodu da daxil olmaqla bir çox obyektdə Rusiya bayrağının qaldırıldığını göstərib.

Rusiya Ukraynanın geri çəkilməsini tələsik və xaotik olaraq qiymətləndirib. Ukrayna ordusu itkilərin olduğunu, lakin geri çəkildikdən sonra vəziyyətin bir qədər sabitləşdiyini bildirib.

Avdiyevka 2014-cü ildə Rusiya ordusu tərəfindən işğal edilib, lakin qısa müddət sonra şəhər işğalçılardan təmizlənib. Daha sonra şəhərin ətrafında istehkamlar tikilib. Bu şəhər Rusiyanın nəzarətində olan Donetsk regional mərkəzinə giriş qapısı hesab olunur. Şəhər Ukrayna qoşunları tərəfindən bir dəfə geri qaytarıldığına gorə Rusiya üçün xüsusi simvolizmə malikdir. 

Bundan əvvəl ABŞ prezidenti Co Bayden xəbərdarlıq edib ki, Respublikaçıların çoxluq təşkil etdiyi Konqres Kiyevə yeni hərbi yardım paketini gecikdirir, buna gorə də Avdiyevka sursat çatışmazlığı səbəbindən Rusiya qüvvələri tərəfindən ələ keçirilə bilər.

Ağ Ev bildirib ki, Bayden şənbə günü Zelenskiyə zəng edərək ABŞ-ın Ukraynanı dəstəkləməyə davam etmək öhdəliyini vurğulayıb və o, Konqresin paketi təcili olaraq qəbul etməsinin vacibliyini təkrarlayıb. Açıqlamada Konqresin hərəkətsizliyi nəticəsində tədarükün azalması səbəbindən Ukraynanın şəhəri tərk etdiyi qeyd olunur.

Zelenski Münhendə keçirilən qlobal təhlükəsizlik konfransında müttəfiqlərini silah çatışmazlığını aradan qaldırmağa çağırıb. O, öz qoşunlarını Avdiyevkada rus qüvvələrini “tükəndirdiklərinə” görə tərifləyib və geri çəkilmənin qismən silah çatışmazlığı ilə bağlı olduğunu vurğulayıb. “Rusiyanın uzaqmənzilli silahları var, bizdə isə kifayət qədər deyil”, - o deyib.

Ukraynanın müdafiə naziri Rustem Umerov deyib ki, Avdiyevka hadisələri düşmən birləşmələrini məhv etmək üçün idarə olunan bombalara və uzaqmənzilli silahlara qarşı müasir hava hücumundan müdafiə sistemlərinə ehtiyac olduğunu göstərib. O, artilleriya mərmilərinin də lazım olduğunu bildirib.

Keçən həftədən etibarən Ukrayna ordusuna komandanlıq edən general-polkovnik Aleksandr Sırski Ukrayna qüvvələrinin "mühasirəyə düşməmək və hərbçilərin həyat və sağlamlığını qorumaq üçün" şəhərdən kənarda daha təhlükəsiz mövqelərə geri çəkildiyini söyləyib.

Qərb ekspertləri deyir ki, Avdiyevkanın ələ keçirilməsi Putinin gələn ay yenidən seçiləcəyi prezident seçkiləri öncəsi Rusiyaya mənəvi dəstək olacaq. Bu, həmçinin Rusiyanın Donetskdə tam nəzarətini təmin etmək yolunda növbəti addım kimi qiymətləndirilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR