Baş Prokurorluğun 177 minlik tenderini udan şirkətlə bağlı - Maraqlı məqamlar

06 mart, 2024 15:50

Baş Prokurorluq tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

"Azsiyaste" yeniavaz.com-a istinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi “Service and Supply Ltd” MMC (VÖEN- 1005654841) olub.

“Service and Supply Ltd.” MMC Baş Prokurorluğa tərcümə xidmətləri göstərəcək və qarşılığında 176 min 800 manat alacaq.
Məlumat üçün bildirək ki, “Service and Supply Ltd.” MMC 7 dekabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 11 manat olan MMC Binəqədi rayonu, Mir Cəlal, ev 59K, m. 390 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır.

Qeyd edək ki, müsabiqənin qalibi olan MMC daha əvvəl AMEA-nın keçirdiyi 130 min manatlıq tenderin qalibi olub. MMC AMEA-ya müxtəlif sərfiyyat malları (kağız, qələm və s.) satıb. Şirkət AMEA-nın tenderində qalib olan zaman qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı olub. Kəmalə Rasimli o zaman AMEA Zoologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Hazırda Kəmalə Rasimli Elm və Təhsil Nazirliyinin tabeliyinə verilən Zoologiya İnstitutunun baş meneceridir.
Kəmalə Rasimlinin rəhbərlik etdiyi daha bir şirkət “Aysberq KMT” MMC (VÖEN-1003279381) adlanır. Bu şirkət də müxtəlif dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərdə qalib olub.

“Aysberq KMT” MMC 24 fevral 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”də yerləşir. MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızıdır.
Daha əvvəl “Service and Supply Ltd.” MMC-nin də hüquqi ünvanı Süleyman “Sani Axundov, ev 2A, m. 25”də yerləşib. “Service and Supply Ltd.” MMC-dən fərqli olaraq “Aysberq KMT” MMC-nin rəsmi veb-saytı (https://iceberg.az/) var və orada şirkətin tərcümə xidmətləri göstərdiyi qeyd olunur.

Bunlardan başqa Rasimli Kəmalə Rasim qızı fiziki şəxs (VÖEN – 1001630942) kimi də tender müsabiqələrində iştirak edərək qalib olub. Belə ki, 2022-ci ilin dekabr ayında İqtisadiyyat Nazirliyinin tərcümə xidməti ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi fiziki şəxs Rasimli Kəmalə Rasim qızı olub. Kəmalə Rasimli İqtisadiyyat Nazirliyinə tərcümə xidmətləri göstərib və qarşılığında 21 min 616 manat alıb. Eyni zamanda Kəmalə Rasimli 2022-ci ilin sentyabr ayında AMEA-nın tikinti və avadanlıqların cari təmiri ilə bağlı  keçirdiyi 45 min manatlıq tenderin də qalibi olub.

Diqqət çəkən başqa bir məqam isə odur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Gəlirlər Baş İdarəsi ötən il Kəmalə Rasimli barəsində məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiası vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qaldırılıb.

Hazırda Kəmalə Rasimlinin fiziki şəxs kimi dövlət büdcəsinə vaxtında ödənilməyən 12 min 735 manat 60 qəpik, rəhbərlik etdiyi “Aysberq KMT” MMC-nin isə 38 min 933 min 71 qəpik vergi borcu var.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR