Bahalaşmanın yeni dalğası gəlir...

13 mart, 2024 12:39

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən 1,3 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 0,2 %, qeyri-qida məhsulları üzrə 1,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 2,7 % artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Bildirilib ki, fevralda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6 %, ötən ilin eyni dövrünə nisbətən isə 1,3 % yüksəlib. 

Bəs görəsən Ramazan ayını və Novruz bayramını əhatə edən mart ayında qiymət artımı tendensiyası davam edəcəkmi? 

Mövzu ilə bağlı yenisabah.az-a danışan iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, mart ayında özünü göstərən qiymət artımı infilyasiya ilə bağlı deyil, tələb-təklif əsasında formalaşır: 

“Bu, ərzaq səbətinə daxil olan məhsullarının qiymət artımı ilə bağlı olan statistikadır. Buradakı hesablamalar birbaşa olaraq istehlak səbətinə daxil olan və insanların daha çox istifadə etdiyi geyim, qida və günlük məişət məhsullarının ümumi həcmindəki dəyişim olaraq aparılır. Təbii ki, mart ayında bayramlarla əlaqədar xüsusən qida məhsullarında olan qiymət artımları tələbatın artması və eyni zamanda tələb-təklif formasında formalaşır. Bunu sırf qiymətlər indeksində infilyasiya olaraq nəzərdə tutmaq doğru deyil”. 

Ekspert mart ayı ərzində periodik olaraq ərzaq məhsullarının qiymətlərində artımın olacağını qeyd edib:  

“Hər il mart ayında ərzaq məhsullarında qiymət artımları gözləniləndir. Ancaq ciddi artım olacağını düşünmürəm. Bayram ərəfəsində artımlar hər il olur. Bu həm Yeni il, həm də Novruz bayramı ərəfəsində özünü göstərir. Hər bayrama özəl xüsusi istifadə olunan və tələb olunan məhsullar var ki, bu məhsulların qiymətində xüsusi olaraq artımlar müşahidə olunur. Təbii ki, bu artımlar periodikdir və bayram ərəfəsində süni şəkildə artırılmış qiymətlərdir”. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR