SOCAR "Lukoil"dən pul alıb ABŞ banklarına borcunu ödədi, Rusiyadan neft almağa başladı - "Reuters"

18 mart, 2024 11:08

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ABŞ-nin “Citi” və “JP Morgan” banklarından götürdüyü 1,3 milyard dollarlıq sindikatlaşdırılmış krediti vaxtından iki il əvvəl, Rusiyanın “Lukoil” neft şirkətindən analoji məbləğdə kredit alaraq geri qaytarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məsələ ilə tanış olan mənbələr “Reuters”ə məlumat veriblər.

Bildirilib ki, SOCAR, sözügedən ABŞ bankları və “Lukoil” məsələ ilə bağlı şərh sorğusuna cavab verməkdən imtina ediblər.

Mənbələr hər iki əməliyyatın Rusiya ilə iş aparan şirkətlərə qarşı ABŞ və ya digər maliyyə sanksiyalarının pozulduğuna dair heç bir sübutun olmadığını bildiriblər.

“Buna baxmayaraq, qeyd olunub ki, erkən geri qaytarılma Moskvaya uzun müddətdir ki, əsas alıcı olan SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavoduna xam neftin satışını bərpa etməyə imkan verib.

Əməliyyatlardan sonra SOCAR keçən il dayandırdığı Rusiya neftinin alışını bərpa edib. Mənbələr bildiriblər ki, dayandırma Rusiyanın Ukraynaya müdaxiləsindən sonra sanksiyalara məruz qalmaqdan qorxan ABŞ bank konsorsiumunun tələbi ilə edilib”.

““Star” Rusiya neftini emal etmək üçün nəzərdə tutulmuşdu, ona görə də Qərb bankları ondan Rusiya neftinin emalının dayandırılmasını tələb etdikdə, bu, problemə çevrildi”, - adının açıqlanmasını istəməyən üç mənbədən biri deyib.

“Kredit yoxdur, problem yoxdur”, - deyən mənbə ABŞ banklarının kreditinin vaxtından əvvəl ödənilməsinin məntiqini izah edib.

Qeyd olunur ki, “Citi” və “JPMorgan”ın rəhbərlik etdiyi sindikat bu pulu 2021-ci ildə SOCAR-ın Türkiyə bölməsinə beş il müddətinə verib:
“Mənbələrin bildirdiyinə görə, geri qaytarılma ötən ilin sonunda, “Lukoil”in SOCAR-a şirkətin “Litasco” ticarət bölməsi vasitəsilə “Star”a tədarükün bərpası üçün sövdələşmənin bir hissəsi kimi 1,5 milyard dollar kredit ayırdığı vaxt baş verib”.

Almaniyanın “Commerzbank AG”nin sanksiyalara riayət olunması şöbəsinin keçmiş rəhbəri, sanksiyalar üzrə ekspert Viktor Vinkler “Reuters” agentliyinə bildirib ki, SOCAR-ın Rusiyadan vəsait aldığı bir vaxtda SOCAR-a verilən kreditin vaxtından əvvəl geri qaytarılması ABŞ bankları tərəfindən araşdırmaya səbəb olmalı idi.

Qeyd olunub ki, “Star” neft emalı zavodu 2018-ci ildə tikilib və gündə 200 min barel emal edə bilir ki, bu da onu son illərdə Avropada tikilmiş ən böyük neftayırma zavodlarından birinə çevirir.

Bildirilir ki, Qərb banklarının təzyiqi ilə “Star” 2023-cü ilin ortalarında Rusiya neftinin alışını dayandırıb. Oktyabr ayında, “Lukoil” ilə kredit müqaviləsi bağlandığı vaxtlarda isə idxalı bərpa edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR