Milli Məclisdə boşalan deputat yerləri 10-a çatdı

08 aprel, 2024 14:12

Milli Məclisin deputatı Ramin Məmmədov bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Bu təyinatdan sonra Milli Məclisdə daha bir deputat yeri boşalacaq. Belə ki, qanunvericiliyə görə, Ramin Məmmədov komitə sədri təyin olunduğundan o, daha deputat fəaliyyətini davam etdirə bilməz.

Yəqin ki, R.Məmmədov yaxın günlərdə deputat postundan istefa verəcək və Mərkəzi Seçki Komissiyası onun səlahiyyətlərinə xitam verəcək.

Beləliklə də parlamentdə boşalan deputat yerlərinin sayı 10-a çatır.

İndiyə kimi Milli Məclisdə 9 boş yer vardı.

2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin nəticələri ləğv edilib. Nəticəsi ləğv edilmiş dairələr aşağıdakılardır:

33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov);

35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu);

74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli);

80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə).

2020-ci ilin avqustunda isə 116 saylı Qəbələ seçki dairəsindən deputat mandatı qazanan Fəttah Heydərov dünyasını dəyişib.

2021-ci ildə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. O, həmin ilin iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müdəttinə azadlıq məhrum edilib. Beləliklə, 55 saylı Xaçmaz şəhər seçki dairəsi də boş qalıb.

50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatı Şahin Seyidzadə 3 mart 2022-ci ildə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Bu təyinatdan sonra Şahin Seyidzadə deputat mandatından imtina edib.
2023-cü il iyulun 14-də 10 saylı Binəqədi seçki dairəsindən deputatı Madər Musayev 75 yaşında vəfat edib.

Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə 2023-cü il sentyabrın 28-də vəfat edib. Qənirə Paşayeva 105 saylı Tovuz seçki dairəsindən deputat seçilmişdi.

Qeyd edək ki, Konstitusiyanın 82-ci maddəsinə görə Milli Məclis 125 deputatdan ibarət olmalıdır. Ramin Məmmədovla bağlı bugünkü təyinatdan sonra deputatların sayı 115 nəfərə düşəcək(modern.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR