"Hələ uzun müddət Ukraynaya silah verməli olacağıq" - Qərb müharibənin davam etməsində maraqlıdır

13 aprel, 2024 14:44

Almaniya kansleri Olaf Şolts Ukraynada uzunmüddətli müharibə gözləyir.

Kansler "Wochentaz"a müsahibəsində "Ukraynanı uzun müddət silah və sursatla təmin etməli olacağıq", -deyə bildirib.

Şolts hazırda Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqları məqsədəuyğun hesab etmədiyini deyib: “Belə danışıqlar yalnız onların nəticə verəcəyinə dair hiss olduqda ağlabatandır. Ancaq Rusiyanın indi müharibə aparması bunun əksini göstərir. Danışıqlar o zaman məqsədəuyğun olacaq ki, Rusiya onun diqtəsi ilə sülh olmayacağını anlasın və Putin anlasın ki, o, müharibəni dayandırmalı və qoşunlarını çıxarmalıdır”.

Kansler keçmişdə Putinlə danışıqlar apardığını, bunun da tənqidlərə səbəb olduğunu xatırladıb. Ancaq gələcəkdə Rusiya lideri ilə danışıqları istisna etməyib. Şoltsun sözlərinə görə, o, Putinlə sonuncu dəfə 2022-ci ilin dekabrında danışıb.

Şolts deyib ki, o, "Ukraynaya güclü dəstəyi Rusiya ilə NATO arasında müharibəyə gətirib çıxaracaq eskalasiyanın qarşısını alan siyasətlə birləşdirən" kursun tərəfdarıdır. Kansler bir daha əmin edib ki, Almaniya lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək.

Qeyd edək ki, aprelin 13-də Şolts Çinə üç günlük səfərə yola düşür və burada özünün dediyi kimi, Pekin rəhbərliyini Rusiyaya təsirindən istifadə edərək onu müharibəni dayandırmağa məcbur etməyə çağıracaq.

09 oktyabr

14:21 - Veysəloğlu-Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR14:19 - ABŞ anladı ki, hücum etsə, atəşkəs üçün yalvarmalı olacaq - İranın vitse-prezidenti14:16 - İlham Əliyev Tacikistanda - FOTOLAR14:14 - "QHT işi" üzrə daha bir məhkəmə başlayıb

07 oktyabr

15:25 - Yeni qaydalar təsdiqləndi - Kimlərin pensiyası artırılacaq?15:23 - Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR15:21 - İlham Əliyev Putinə zəng etdi

06 oktyabr

09:43 - Bəşər Əsədə sui-qəsdin detalları - "New York Post" 09:39 - ABŞ Cənubi Qafqazda post-Putin dövrünə hazırlaşır...09:37 - "Dünyada etibarnamə tələb edən yeganə ölkə Azərbaycandır" - "Bu, tamamilə məntiqsiz və hüquqa zidd haldır"

02 oktyabr

13:45 - İlham Əliyev Paşinyanla görüşdü - FOTO13:43 - İrəvandan Kopenhagen görüşü barədə açıqlama...13:40 - Bəşər Əsədi Moskvada zəhərləyiblər?

01 oktyabr

10:52 - Tendersiz 53 milyonluq sifariş - - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı10:48 - Kiyev ərazi itkisi ilə barışmalı olacaq - Kuleba10:45 - ABŞ-də hökumət böhranı - Bakıdakı səfirliyə də təsir etdi

30 sentyabr

12:23 - Qəzzaya nəzarət ABŞ və Britaniyaya verilir12:21 - Azərbaycanda dollara tələbat artıb - Aylıq alış 200 milyona yaxınlaşıb12:19 - ABŞ 120 iranlını ölkəsinə qaytardı

29 sentyabr

09:02 - "Çin yeraltı hədəflərə nüvə zərbələrinin modelləşdirilməsi sistemini yaradıb" - SCMP09:00 - Azərbaycana qarşı növbəti saxta kampaniya...08:59 - II Dünya Müharibəsində qalib gəldik, Ukraynada isə... - Rutte

26 sentyabr

12:02 - Adnan İsveçrədə saxlanılıb, yarım milyon cərimə ödəyib...11:53 - Moskva vurula bilərmi? - "Bloomberg" nəşri11:46 - "İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil" - Aleksandar Vuçiç

23 sentyabr

14:20 - Rusiyaya gizli hərbi texnika ötürən azərbaycanlı kimdir? - MƏHKƏMƏ14:17 - İşdən çıxarılanlar 150 nəfərə çatdı - ADY-də ixtisarlar14:14 - Radiotezliklər İdarəsi iki ildir bu şirkətdən 80-100 min manatlıq gül alır - SİYAHI

22 sentyabr

09:59 - "Gizli silah hazırlamışıq" - KXDR lideri09:58 - Rəqiblərimə nifrət edirəm, onlara yaxşılıq arzulamıram - Tramp