Britaniya Ermənistana miqrant göndərmək istəyir - "The Times" nəşri
15 aprel, 2024 11:39
Böyük Britaniya qeyri-qanuni miqrantların Ermənistana göndərilməsi ilə bağlı danışıqlar aparır.
Bu barədə “The Times” nəşri Britaniya hökumətinə istinadən yazıb.
Nəşr bildirir ki, Britaniya hökuməti Ruandaya miqrantların göndərilməsinə oxşar sxemdən istifadə etməyi planlaşdırır. Oxşar müzakirələr Kot-d'İvuar, Kosta-Rika və Botsvana ilə də aparılır.
Məlumata görə, erməni tərəfi ilə danışıqlar 2023-cü ilin sentyabrında başlayıb, lakin hələlik heç bir irəliləyiş əldə olunmayıb.
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizənin bir hissəsi olaraq Böyük Britaniya miqrantları Afrikanın şərqində yerləşən Ruandaya göndərir. Bunun üçün Ruandaya 2023-cü ilin dekabrında 100 milyon funt sterlinqdən çox pul ödənilib.